Əsas Səhifə > Şou-biznes > "Elza hər zaman mənə əziz olub"

"Elza hər zaman mənə əziz olub"


2-01-2023, 10:52
"Elza hər zaman mənə əziz olub"
İllərdir küsülü olan Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Elza Seyidcahan barışıb.

DİA.AZ manset.az-a istinadla xəbər verir ki, N.Dostəliyeva evinə qonaq gələn E.Seyidcanla qucaqlaşıb. Həmin anlar "Günaydın, Azərbaycan" verilişində izləyicilərə təqdim olunub.

"Küsmək deyildi... Allah eləməsin! Düşmən deyilik. Üz-üzə gəldik, həmkarıq. İllər boyu Elzanın mahnıları olub. Onların üzərində çalışmışıq. Elza hər zaman mənə əziz olub" deyə, Nazpəri bildirib.

Qeyd edək ki, Nazpəri və Elza arasında qalmaqal "Azərbaycanın səsi" yarışmasında başlayıb. Münsif kürsüsündə oturan ifaçıların sözləri çəpləşib və bir-birini tənqid ediblər.

Geri qayıt