Əsas Səhifə > Şou-biznes > "Azərbaycanda vətəndaş deyil, turist kimi yaşamağı öyrəndim"

"Azərbaycanda vətəndaş deyil, turist kimi yaşamağı öyrəndim"


30-12-2022, 10:16
"Azərbaycanda vətəndaş deyil, turist kimi yaşamağı öyrəndim"
Aparıcı Hüsniyə Məhərrəmova 2022-ci ildə yaşadıqlarından və 2023-cü il üçün olan arzularından bəhs edib.

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, aparıcı geridə qoyduğumuz ildə çoxlu uğurlar əldə etdiyini vurğulayıb:

"Bu il çoxlu sayda yeni insanlarla tanış oldum. Bəziləri həyatımda ciddi dəyişiklərə səbəb oldular. Ən böyük arzumun təməlini qoydum. Azərbaycanda vətəndaş deyil, turist kimi yaşamağı öyrəndim. 48 kg oldum, amma bu xoşbəxtlik uzun sürmədi. İlk dəfə "kokorec" yedim. Сason Momoanı sevməməyə başladım. Bir daha başa düşdüm ki, mən dünyanın ən xoşbəxt insanıyam".

Hüsniyə daha sonra 2023-cü ildə etmək istədiklərini sadalayıb:

"İstəyirəm Ukraynanın qələbəsini görüm. "SpaceX"də işləyim. İraqa səfər edim. Haruki Murakami ilə görüşüm. Aldığım "graphic designer" kursunu bitirim. Cason Momoanın yerinə yeni ilham pərisi tapım".

Geri qayıt