Əsas Səhifə > Şou-biznes > "Həmin gün təzyiqim elə səviyyədə idi ki, evdən çıxa bilmədim"
"Həmin gün təzyiqim elə səviyyədə idi ki, evdən çıxa bilmədim"26-12-2022, 09:09 |
Bakının “Elektra Events Hall” məkanında 23 dekabr tarixində “Bir Sabah” adlı rok festivalı keçirilib. Festivalda məşhur rok ifaçısı Mübariz Tağıyevin çıxışı da gözlənilirdi. Lakin ifaçının çıxışı səhhəti ilə bağlı təxirə salınıb. DİA.AZ bildirir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Mübariz Tağıyev hazırda səhhətinin yaxşı olduğunu deyib: "Həmin gün təzyiqim elə səviyyədə idi ki, evdən çıxa bilmədim. Konsertin keçirilməsi çoxdan nəzərdə tutulmuşdu.Hərdən belə işlər olur, Tanrının işidir, nə deyəsən. Mən bütün konsertdə iştirakımı nəzərə alıb gələnlərdən üzr istəyirəm ". Qeyd edək ki, tədbirin adı müğənni Mübariz Tağıyevin dillər əzbəri olan "Bir sabah" mahnısından götürülüb. Xatırladaq ki, bu il ərzində keçirilən sonuncu rok festivalı idi. Hər iki rok festivalında bir sıra tanınmış ifaçılar və rok qrupları çıxış ediblər. Geri qayıt |