Əsas Səhifə > Şou-biznes > Rejissor Kamran Şahmərdan Azərbaycana dönən kimi həbs oluna bilərmi?
Rejissor Kamran Şahmərdan Azərbaycana dönən kimi həbs oluna bilərmi?22-12-2022, 09:59 |
Noyabrın 26-da Bakıda keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” çərçivəsində rejissor Kamran Şahmərdan kinotənqidçi Sevda Sultanovaya qarşı təhqiramiz ifadələr işlədərək hücum edib. Sevda Soltanova həmin gün mətbuata açıqlamasında bildirib ki, polisə müraciət edib. Daxili İşlər Nazirliyindən noyabrın 28-də verilən açıqlamada qeyd olunurdu ki, məsələ ilə bağlı müvafiq araşdırma aprılır. Məlum olaydan bir ay keçib. DİA.AZ bildirir ki, Bizim.Media vəziyyətin hansı yerdə olması ilə maraqlanıb. Sevda Soltanova Bizim.Media-ya açıaqlamasında bildirib ki, bu müddət ərzində polis bölməsinə çağırılmayıb: “Daxili İşlər Nazirliyindən verilən sonuncu açıqlamaya görə, məsələ diqqətlərindədir və araşdırma gedir. İnanıram ki, Kamran Şahmərdan cəzasını alacaq və daha peşə fəaliyyətinə görə hansısa jurnalistə hücum etməyəcək”. Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlayıb araşdırmanın hansı mərhələdə olması ilə maraqlansaq da, cavab ala bilmədik. Mövzu ilə bağlı Bizim.Media-nın sualını cavablandıran Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, polis bu məsələyə ilkin olaraq xuliqanlıq kimi qiymətləndirərək baxa bilər, amma nazirliyin bu istiqamətdə xüsusi bir səlahiyyəti yoxdur: “Təhqirə məruz qalmış şəxs xüsusi ittiham qaydasında birbaşa, ya da şərəf, ləyaqətin alçaldılmasına görə, iddia qaldırıb təzminat tələbi ilə mülki icraat qaydasında məhkəməyə müraciət edə bilər. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Xatırladaq ki, Kamran Şahmərdan hazırda Finlandiyada yaşayır və orada fəaliyyət göstərir. Onun əlaqə saxlamağımız mümkün olmasa da məsələ ilə bağlı münasibətini dərc etməyə hazırıq. Geri qayıt |