Əsas Səhifə > Şou-biznes > Şeyx Əbdül də müğənni Dənizi QARALADI:
Şeyx Əbdül də müğənni Dənizi QARALADI:22-12-2022, 08:59 |
Müğənni Dəniz Əsədova sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dindirilib. Bu barədə müğənni özü məlumat verib. O qeyd edib ki, saxta əlillik düzəltmək adı ilə vətəndaşlardan pul alınması faktı üzrə istintaqın suallarını cavablandırıb: “Heç bir günahım olmadan Səlim Müslümovun işinə görə məni istintaqa cəlb elədilər. Məni dələduzluqda ittiham edirdilər. Halbuki əlimdə sübutlarım da var idi ki, işi görən Mehparə, Rauf, Rüfət, Şahin və Eldəniz adlı həkimlər olub. Bildirdim ki, mənə qarşı ittihamlar yalan və böhtandır. Adını çəkdiyim həkimlər tanıdığım adamlardan pul alıblar”. Göründüyü kimi müğənni özü hadisələrin içində olduğunu etiraf edir. Həm aldadılanları, həm də aldanılanları yaxından tanıdığını gizlətmir. Bununla belə o özünü günahkar saymır. Günümüzün acı reallığı budur ki, şou əhlinin bəzi strukturlara nüfuz etməsi, bəzi qapıları “təpiklə açması” heç kimə sirr deyil. Ona görə də müğənni Dənizin də belə bir qalmaqalda adının hallanmasında qəribə heç nə yoxdur. Məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov bildirdi ki, bu gün istənilən gözəl xanım müğənni ola bilir: “Bunun üçünsə sənət, səs yox, sponsor lazımdır. Çox təəssüf ki, hazırda müğənnilərimizin çoxuna da “həcilər” və bəzi məmurlar sponsorluq edir. Elə adı çəkilən müğənni Dəniz də onlardan biridir. Adama deyərlər ki, sən hara, Səlim Müslümov hara?! Sən hara əlillik düzəltmək hara?! Deməli, ona bu səlahiyyəti verənlər olub ki, bu da ortalığa düşüb iş düzəldirmiş də... 50 ilin yaradıcı adamıyam. Mənim niyə adım belə qalmqallarda hallanmır? Məni niyə məhkəmələrə çağırmırlar? Atalar demiş: “Od olmasa, tüstü olmaz”. Deməli, həmin müğənni hansısa qanunazidd hərəkət edib ki, 3 ildir məhkəmlərə gedib gəlir”. Xalq artisti onu da əlavə etdi ki, bütün bunların günahı cəmiyyətimizdədir: “Bəzən adama elə gəlir ki, cəmiyyəti qanunlar deyil, şou əhli idarə edir. Hamı onlara oxşamağa çalışır. Yerindən duran müğənni olmaq istəyir. Əlinə 5-10 manat pul düşəndə başlayır həmin müğənnilərə sponsorluq etməyə. Həmin sponsorların pulu və zəngi ilə müğənnilər təkcə iş düzəltmirlər, həm də bütün efirləri zəbt edirlər. Və o efirlərdən də bizə mənəviyyat dərsi keçirlər”. Bizim.Media Geri qayıt |