Əsas Səhifə > Şou-biznes > 27 gündür uzanan qarşıdurmanın səbəbi BƏLLİ OLDU

27 gündür uzanan qarşıdurmanın səbəbi BƏLLİ OLDU


16-12-2022, 12:53
27 gündür uzanan qarşıdurmanın səbəbi BƏLLİ OLDU
Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 27 gündür yoxlama aparır. Artq Kukla Teatrında yoxlamanın bu qədər uzanması narahatlıq yaradıb.

DİA.AZ bildirir ki, Bizim.Media-ya bu barədə danışan teatrın mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə yoxlama ilə bağlı prosesin nə vaxt yekunlaşacağı barədə məlumatlı deyillər:

“Yoxlama davam edir. Bitməsi və ya hansısa məsələyə görə uzadılması barədə əlavə əmr yoxdur. Təssüfedici məqam odur ki, yoxlama ilə bağlı əmrin içərisində müddət qeyd olunmamışdı və bu qədər uzanmasını da təsəvvür etmirdik. Yoxlamanın uzanması müəyyən mənada da işimizə əngəl törədir. Amma biz də gözləyirik”.

Teatrdan adının açıqlamasını istəməyən əməkdaşın verdiyi məlumata görə, Mədəniyyət nazirliyinin məqsədi teatrın direktoru Rəşad Əhmədzadə tutuduğu vəzifədən uzaqlaşıdırmaqdı.

Bütün bu yoxlama isə formal xarakter daşıyır:

“Gedib “Azdrama”nı yoxlasınlar da, görüm kimin gücü çatar? Kukla teatrında nə var ki? Bütün bu məslələri bulandıran nazirlikdə teatr sektorunun müdiri Könül Cədəfərovadır. Onun başqa teatrlarla da insidentləri var. Adam özünü firon kimi aparır, məndə dəqiq məlumat var ki, Lənkəran teatrından Tofiq müəllimi, Qax Kukla Teatrından Seymur Vəliyevi də uzaqlaşdırmaq istəyir. Nazirə yanlış məlumatlar verir, teatrların kollektivlərinin adından anonim məktublar təşkil elətdirir.

Bizim teatr haqqında da yanlış rəyi o yaradıb. Rəşad müəllim sözünü deyən, istedadlı adam olduğu üçün Könül xanıma tabe olmayıb, bu da onun xoşuna gəlməyib. Elə bir şərait yaradır ki, teatrlarda ancaq öz adamlarını yerləşdirsin. Amma bu belə getməz, nazir Anar Kərimov həqiqətləri bilməlidir”.

Mədəniyyət Nazirliyi isə yoxlamanın uzanması ilə bağlı sorğumuza susqunluqla yanaşıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaya noyabrın 21-də başlayıb.

Geri qayıt