Əsas Səhifə > Şou-biznes > "Mən çox vaxt nəvəmlə məsləhətləşirəm ki, nə geyinim..."

"Mən çox vaxt nəvəmlə məsləhətləşirəm ki, nə geyinim..."


6-12-2022, 10:11
"Mən çox vaxt nəvəmlə məsləhətləşirəm ki, nə geyinim..."
“Həyatda nəyə nail olmuşamsa televiziyaya borcluyam. Mən işimə görə heç bir şeyi itirməmişəm. Ümumiyyətlə televiziya maraqlı işdir. Kimin istedadı varsa, bu işi sevirsə, onlar bu sahəyə gəlsinlər. Çünki televiziya işi çox çətin işdir. İndiki gənclərə mən qibtə edirəm. Baxmayaraq ki, onlar tənqid atəşinə tutulur. Bizim vaxtımızda işləmək indiki kimi çətin deyildi. Bu gün rəqabət var. Onlar çəkilişlərə də gedirlər. Biz çəkilişlərə getmirdik, bir çərçivə məkanımız var idi. O çərçivə də, geyimlər də adamı sıxırdı”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, diktor Şərqiyyə Hüseynova deyib:

“Həyatda heç nəyi dəyişmək mümkün deyil. Zəmanə ilə ayaqlaşa bilmirəm. Mən çox vaxt nəvəmlə məsləhətləşirəm ki, nə geyinim... Texnologiya da mənlik deyil. O da həvəslədir. Rəfiqəm Solmaz Həmzəyevanın 90 yaşı var, interneti də bilir, texnologiyanı da. Mən bir yerdə oturub bu işləri görə bilmərəm, ürəyim partlayar” deyə sənətkar bildirib.

Şərqiyyə Hüseynova diktor həmkarı Rafiq Hüseynlini də xatırlayıb.

“Rafiq sözü adamın üzünə deyərdi. Baxmayaraq ki, rus məktəbini bitirmişdi, çox mədəni bir insan idi. Onun rus məktəbini bitirməyi də sözü üzə deməyə kömək edirdi. Biz ona öz aramızda “Rus Rafiq” deyirdik. Niyə?! Bir də görürdün ki, otaqda o qədər deyib-gülürdük ki, səsimiz aşağı gedirdi. Sədrimiz köməkçisini göndərirdi ki, get onlara de ki, yanımda qonaq var, astadan gülsünlər. Səhəri gün hansımız nəsə səhv edirdiksə, Rafiqi tanımaq olmurdu. Nə qədər mehriban idisə, bir o qədər də sərtliyi var idi. Sənətə aid olan məsələlərdə o güzəştə getmirdi” deyə Şərqiyyə Hüseynova deyib.

Geri qayıt