Əsas Səhifə > Şou-biznes > Mədəniyyət Nazirliyi Rauf Hacıyevin 100 illiyinə kimləri dəvət edib?
Mədəniyyət Nazirliyi Rauf Hacıyevin 100 illiyinə kimləri dəvət edib?2-12-2022, 10:19 |
Görkəmli bəstəkar və dövlət xadimi Rauf Hacıyevin 100 illik yubileyi münasibəti ilə dekabrın 6-da Heydər Əliyev sarayında böyük tədbir keçiriləcək. Tədbirə kimlərin dəvət alması haqqında isə cəmiyyətdə yenə ziddiyyətli fikirlər dolaşır. Bir çox tanınmış ziyalı və mədəniyyət xadimlərinin bu şöləndən xəbəri belə yoxdur. Tədbirin ənənəvi olaraq tanışların dəvəti və bilet satışı ilə keçirildiyi bildirilir. Öncə Mədəniyyət naziri Anar Kərimova vacib xatırlatma Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılan Raufu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova götürüb saxlayıb. Raufun bəstəkarlıq sahəsində formalaşmasında dahi Üzeyir Hacıbəyovun böyük rolu olub. Belə ki, Raufun fortepiano üçün pyeslərini dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyir.Bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və digər mahnıları çox populyar olub. Rauf Hacıyevin əsərləri O, 15-ə qədər filmə musiqi yazıb. "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar", “Romeo mənim qonşumdur” və digər filmlərinin böyük auditoriya qazanmasında Rauf Hacıyevin musiqiləri də az rol oynamayıb. Rauf Hacıyev 7 operetta, 3 simfonik poema, 1 kantata, fortepiano üçün 3 əsər yazıb. Lakin, onun yaradıcılığında bir dənə də olsun caz musiqinə rast gəlinmir. Dediklərimizə şübhəsi olanlar Vikipediada Rauf Hacıyevin həyat və yaradıcılığı ilə çox yaxından tanış ola bilər. Rauf Hacıyev təkcə görkəmli bəstəkar olmayıb. O həm də ictimi və dövlət xadimi idi. Beləki, o, 1965-ci ildə Mədəniyyət naziri təyin olunur. 1971-ci ildə isə SSRİ hökümətinin tapşırığı ilə Rauf Hacıyev xaricə işləməyə gedir. O, Əlcəzair Respublikasında işləyən mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar bəstəkar digər həmkarları ilə Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar. Əlcəzairdə işlərkən o eyni zamanda bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. O, bir müddət Azərbaycan Bəstəkarlar İttifaqının katibi də işləyib. Rauf Hacıyev niyə caz musiqisi yazmayıb? Dahi bəstəkar caz musiqisinə heç bir töhvə verməyib. Çünki, Sovetlər vaxtı cazı kapitalizmin tör-töküntüsü, yüngül musiqi hesab edirdilər. Rauf Hacıyev kimi böyük musiqiçinin və dövlət xadiminin Sovet ideyalarının əksinə getdiyini söyləmək isə sadəcə qeyri-ciddilikdir. Ona görə də, cənab nazir Anar Kərimovun Rauf Hacıyevi “caz sənətinin əfsanəsi” adlandırması qeyri-ciddilikdən xəbər verir. Üstəlik caz musiqinin bir növüdür, sənət deyil. Amma nədənsə Anar Kərimov cazı da xüsusi sənət adlandırıb?! Təsadüfi deyil ki, nazir Anar Kərimovun məşhur paylaşımından sonra qurumun mətbuat katibi Nuridə Allahyarova bunu texniki səhv adlandırdı. Yubiley tədbirinə kimlər dəvət alıb? Rauf Hacıyevin 100 illik yubileyi münasibəti ilə dekabrın 6-da Heydər Əliyev sarayında keçiriləcək festivala dəvət və dahi bəstəkarın yaradıcılığı ilə bağlı tanınmış ziyalıların mövqeyini öyrəndik. AKİ-nin sədri, Xalq artisti Rasim Balayev Bizim.Media-ya açıqlamasında yubiley tədbirinə qatılmayacağını dedi: “Dəvət almamışam. Baxmayaraq ki, Rauf Hacıyevin sənətinin vurğunuyam. Gəncliyimiz onun musiqiləri ilə yaşanıb. Məsələn, “Romeo mənim qonşumdur” filminə onun yazdığı musiqiləri mən indi də sevə-sevə qulaq asıram. Çox təəssüf ki, onunla heç zaman təmasda olmamışam. Amma onun caz musiqisi yazdığını da xatırlamıram. Çünki, vaxtilə caza pis baxılırdı. Ona görə də hər tanınmış bəstəkar sovetlər vaxtı risq edib caz yazmırdı. Caz yazanlara başqa cür baxırlardı. Rauf Hacıyev də çox ciddi və özünə hörmət eliyən adam idi”. Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, deputat Aqil Abbas da yubiley tədbirinə dəvət olunmadığını bildirdi: “Rauf Hacıyevə bir azərbaycanlı və görkəmli vəstəkar kimi böyük hörmətim və ehtiramım var. Onun Azərbaycanın xalq və klassik musiqisinin inkişafında müstəsna rolu var. Onun dövründə Azərbaycanda caz musiqisi yeni-yeni təşəkkül tapırdı. Xatırlamasam da Rauf Hacıyevin caz əsəri yazdığına əminəm. Ona görə də Mədəniyyət naziri Anar Kərimovun onu caz sənətinin əfsanəsi adlandırmasında qeyri-adi bir şey görmürəm. Deyib də, noolsun”. Bizim.Media Geri qayıt |