Əsas Səhifə > Şou-biznes > AzTV 37 milyonluq büdcəni hara xərcləyir?
AzTV 37 milyonluq büdcəni hara xərcləyir?28-11-2022, 13:09 |
“Azərbaycan televiziyasında hələ Üzeyir bəyin yaratdığı musiqi kollektivini bayıra atmaq istəyirlər. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrini Üzeyir bəy yaratmışdı, onu da, xoru da, simfonik orkestri də ləğv etmək istəyirlər”. DİA.AZ xəbər verir ki, bu fikirləri Lent.az-a müsahibəsində bəstəkar Cavanşir Quliyev səsləndirib. “Dövlət simfonik orkestri iş içində boğulur artıq. Bütün tədbirləri ona yükləyirlər. Bizim ikinci, hətta üçüncü orkestrə ehtiyacımız var. Biz təklif etmişdik 1 dənə də Bakı simfonik orkestri yaradaq ki, orkestrlərin yükü azalsın. Bunlar əksinə, orkestrləri dağıdırlar. Hamısını dağıtmaq istəyirlər”,- deyə bəstəkar qeyd edib. Onun sözlərinə görə, orkestrdə çalışan yüzə yaxın insanın işsiz qalmaq təhlükəsi var. “Verəcəklər Mədəniyyət Nazirliyinə, musiqiçilər qalacaq işsiz, müraciət edəcəklər nazirliyə, o da göndərəcək kollektivlərin üstünə, vakansiya varsa, işə alacaqlar. Vakansiya da məlum məsələdir yoxdur. AzTV-nin 37 milyon manat büdcəsi var. Müqayisə edin, o biri özəl kanallara dövlət bir qəpik də büdcə vermir. İşçilərinin sayı da az deyil. Bəs onlar əməkdaşlarının maaşını necə verir? 37 milyon manatı hara edirsiniz? Mən bu kollektivlərin dağılmasına qarşıyam. Əksinə artırmaq və ştatlarını artırmaq lazımdır. Hər il iki konservatoriya bir İncəsənət Universiteti bu qədər tələbə qəbulu elan edir, nə qədər məzun buraxılır. Əksəriyyəti ödənişli əsaslarla oxuyurlar. Oxuyub qurtarıb hara gedəcək bu gənclər? İş yeri açmaq lazımdır. Ehtiyac yoxdursa, niyə qəbul edirlər? Anlamaq olmur, bir yolluq deyin biz musiqinin düşməniyik, anlayaq”,- deyə o bildirib. Geri qayıt |