Əsas Səhifə > Şou-biznes > Kukla Teatrında qalmaqallı yoxlama:

Kukla Teatrında qalmaqallı yoxlama:


25-11-2022, 17:37
Kukla Teatrında qalmaqallı yoxlama:
Bir neçə gün öncə Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalara başlayıb.

Yoxlamanın məqsədi ilə bağlı Mədəniyyət Nazirliyinin məlumatında deyilir ki, nazirlik tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.

Mətbuatda gedən məlumatlara görə, yoxlamanın vaxtı uzadılıb və yoxlama prosesinə əlavə mütəxəssislər cəlb edilib.

DİA.AZ bildirir ki, teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova Cebhe.info-ya açıqlamasında yoxlamanın vaxtının uzadılması xəbərini təkzib edib:

“Əlavə heç bir mütəxəssis cəlb olunmayıb. Cəmi 5 nəfərdən ibarət nümayəndə heyəti idi. Onlardan biri də bu gün xəstələndiyi üçün yoxdur, 4 nəfər yoxlama aparır”. Qurum nümayəndəsi yoxlama barədə birinci gün teatrın geniş məlumat yayacağını da qeyd edib. “Həftənin birinci günü mətbuat konfransı edib, yoxlama, onun məqsədi, gedişatı barəsində hamıya ətraflı informasiya verəcəyik”.

Xatırladaq ki, yoxlama mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə həyata keçirilir.

Qeyd edək ki, Kukla Teatrının rejissoru, "Oyuq", "Küllücə" studiyalarının və "Oyun" teatrının rəhbəri, yazıçı Səidə Haqverdiyeva mətbuata verdiyi açıqlamada yoxlamanın məhz onun KİV-dəki açıqlaması ilə bağlı olduğunu iddia edib.

Geri qayıt