Əsas Səhifə > Şou-biznes > Narkotiki təbliğ edən müğənnidən NAZİRƏ ŞİKAYƏT OLUNDU
Narkotiki təbliğ edən müğənnidən NAZİRƏ ŞİKAYƏT OLUNDU8-11-2022, 09:36 |
DİA.AZ: - "Çox hörmətli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, əvvəla hər birinizin Zəfər Bayramınızı səmimi qəlbdən təbrik edirəm. İkincisi nəzərinizə çatdırıram ki, son zamanlar narkotik vasitələrdən istifadə, onun alqı-satqısına qarşı apardığınız bütün əməliyyatları alqışlayıram". DİA.AZ bildirir ki, bunu öz müraciətində ictimai fəal Elmar Hüseynov qeyd edir. Müraciətdə daha sonra bildirilir: "Həmçinin narkotik vasitələrdən istifadənin gəncliyimizə və gələcəyimizə vurulan bir balta olduğunu düşünür, onun yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz hər bir işdə Sizə uğurlar arzulayıram. Hörmətli nazirlik rəsmiləri, mən bir Azərbaycan vətəndaşı olaraq Sizdən sosial şəbəkələrdə narkotik vasitələrin təbliği ilə bağlı yayılan videolara nəzarət etməyi, bu barədə qabaqlayıcı tədbirlər görməyinizi də Sizdən xahiş edirəm. Belə videolardan biri aşağıda linki göstərilən və 117 min dəfə izlənən İlkin Çərkəzoğlunun Kayf aparır klipidir. Bu barədə Sizi məlumatlandırmağı özümə mənəvi borc hesab edirəm. İnanıram ki, bir dövlət qurumu kimi tezliklə müvafiq tədbirlər görüləcək!" Geri qayıt |