Əsas Səhifə > Şou-biznes > "Vətənpərvərlik mövzusunda mahnıların yetərincə dinlənilir"
"Vətənpərvərlik mövzusunda mahnıların yetərincə dinlənilir"1-11-2022, 09:25 |
Noyabrın 8-i Azərbaycanda 44 günlük Vətən Müharibəsi gününün qələbə ilə sona çatması şərəfinə Zəfər günü kimi qeyd edilir. Bu gün bütün ölkədə tədbirlərlə, konsert proqramları ilə qeyd olunacaq. Məşhur simalardan kimlər bu günlə bağlı mahnı, və ya hansısa layihə təqdim edəcək? Konsert proqramlarında iştirak edəcəklərmi? DİA.AZ-ın məlumatına görə, Lent.az bununla bağlı bir neçə məşhur müğənninin fikirlərini öyrənib: Xalq artisti Tünzalə Ağayevanın prodüseri bildirib ki, Qarabağ müharibəsi ilə bağlı yetərincə layihələr işıq üzü görüb: “Məsələn, “Mənim əsgər sevgilim”, “Qarabağ Azərbaycandır”, “Şuşam mənim” kimi vətənpərvəlik mövzusunda yayımlanan kliplər olub. Kifayət qədər uğurlu, tamaşaçıların sevdiyi layihələr alındı. Ona görə də planımızda hələ ki başqa bir layihə yoxdur. Bir istisnanı qeyd edim ki, Tünzalə xanımın Zəfər günü ilə bağlı xarici dövlətlərə səfərləri olacaq. Musiqili konsert proqramları üzərində çalışır və noyabrın 5-i yola düşəcək”. Xalq artisti Röya Ayxan Anım günü ilə bağlı “Yada düşürsən” adlı layihəsini təqdim etmişdi: “Qeyd edək ki, mahnı Birinci Qarabağ Müharibəsində şəhid olan Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə bəstələnib. Zəfər günü ilə bağlı isə hələ ki, hansısa bir konsert müəyyənləşməyib. Lakin dövlət tədbirlərində yer alması, çıxış etməsi planlaşdırılır”. Bəstəkar-müğənni Murad Arif də fikirlərini Lent.az-la bölüşdü: “Vətənpərvərlik mövzusunda mahnıların yetərincə dinlənilir. Ancaq Zəfər günü ilə bağlı konsert proqramlarında mütləq iştirak edəcəyəm”. Xalq artisti Bilal Əliyevdən münasibət öyrənməyə çalışdıq. O, bildirib ki, yeni mahnı, və ya layihə yoxdur: “Əgər bununla bağlı hər hansı konsert proqramına dəvət etsələr, məmnuniyyətlə çıxış edərəm. Hazıram, gözləyirəm”. Müğənni Dilarə Kazımova bildirib ki, Zəfər günü ilə bağlı nə hansısa konsertə dəvət alıb, nə də hələ ki vətənpərvər motivli mahnı yayımlamaq niyyətində deyil. Müğənni Damlanın köməkçisi deyib ki, o, dəvət aldığı toy ilə əlaqədar Rusiyaya gedəcək. Zəfər günü ilə bağlı yeni layihə isə olmayacaq. Geri qayıt |