Əsas Səhifə > Şou-biznes > “Hər efirə çıxıb tarı və özümü hörmətdən sala bilmərəm”
“Hər efirə çıxıb tarı və özümü hörmətdən sala bilmərəm”25-10-2022, 09:09 |
“Aslanın erkəyi-dişisi olmaz. Əsas olan o deyil ki, bu musiqi alətini qadın ifa edir yoxsa kişi? Əsas məharətdir, qabiliyyətdir. Dəfələrlə qadın və kişi musiqiçilərini müşahidə etmişəm. Öz-özümə demişəm ki, görəsən alətdədir problem ki, o kişi zəif ifa etdi? Demək ki, insanın özündən asılıdır. Musiqiçinin gözəl ürəyi olmalıdır” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış tarzən Humay Qədimova deyib. O daha sonra əlavə edib. “Biz nə qədər də dünyanın bir çox ölkələrində musiqimizi təmsil etsək belə yenə də pedaqoji fəaliyyət mütləqdir. Bu insanın özü üçündür. Biz həm öyrənirik, həm də öyrədirik, bu da bizim inkişafımız deməkdir. Tar ixtisası üzrə artıq uzun illərdir ki, Asəf Zeynallı adına musiqi kollecində pedaqoji fəaliyyətlə məşğulam. Muğam dərsini tədris edirəm. Bir neçə tələbələrim məzun olub, müəyyən uğurlar qazanıb, Milli Konservatoriyaya daxil olublar. Ciddi musiqi aləti ilə məşğul olduğum üçün hər zaman ehtiyatlı və diqqətli olmağa çalışıram. Çünki mən tamaşaçıların qarşısına çıxıram. Bunun özü böyük bir məsuliyyətdir. Efirlərə çox dəvət edirlər, amma seçirəm, hər efirə çıxıb, tar alətini və özümü hörmətdən sala bilmərəm” deyə sənətçi bildirib. Humay Qədimova bildirib ki, özünü görkəmli tarzən Ceyran Haşımovanın davamçısı hesab edir. “Xanımlar arasında ilk tar ifaçısı xalq artisti Ceyran Haşımova olub. Mən onun tələbəsi olmasam da özümü onun davamçısı hesab edirəm. Solo konsertlərdə öz ifalarımla çıxış etmişəm. Xanım tar ifaçıların sayı çoxalıb. Bu da pedaqoji fəaliyyətimlə bağlıdır. Sadəcə tar aləti insandan fiziki güc tələb edir deyə, onlar da müəyyən yaşdan sonra ailə həyatı qururlar deyə bir qırılma baş verir. Bu sənəti yarımçıq qoyub gedirlər. Bu da məcburiyyətdən irəli gəlir. Xanım tar ifaçılarını meydanda görmək istəyirəm. Onlar gəlsin ki, mən də meydanda tək qalmayım” deyə tarzən bildirib. Geri qayıt |