Əsas Səhifə > Şou-biznes > “Qadın baş nazir, hüquqşünas ola bilir, aşıq ola bilmir?”
“Qadın baş nazir, hüquqşünas ola bilir, aşıq ola bilmir?”21-10-2022, 09:43 |
“Həyat yoldaşım da, özüm də bəzi verilişlərə getməyimə qadağa qoymuşuq. Elə verilişlər var ki, nə yaşıma, nə də xarakterimə uyğundur. Həmin verilişlərə dəvət alanda mədəni şəkildə deyirəm ki, gələ bilmərəm. Çünki dəfələrlə olub ki, yalanda deyiblər mövzu başqadır, gedib görmüşəm ki, tamam ayrı bir mövzuya dəvət ediblər. Canlı efirdə heç nə deyə bilməmişəm, daha sonra nə qədər zəng ediblərsə getməmişəm. Heç kimə icazə vermərəm ki, mənim üzərimdən, ucuz reklamla reytinq yığsın”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aşıq Zülfiyyə İbadova deyib. O daha sonra əlavə edib. “Ana babam zamanının tanınan aşıqlarından biri olub. Deyilənə görə çox yaxşı bir sənətkar olub. Görünür bu sənət mənə irsi keçib. Uşaq vaxtı toy məclisləri olurdu, rəhmətlik aşıq Əvəz var idi, onun yanında məclislərə gedirdim. 12-13 yaşlarım var idi. Bütün günü oxuyurdum. Aşıq Əvəz atamdan icazə aldı ki, əgər icazə versəydiniz mən onu yaxın qohum-əqraba toylarına özümlə aparardım? Sazı ifa etməyim isə atamdan olub. O mənə dedi ki, aşıq mahnıları oxuyursan, sazı niyə ifa etmək istəmirsən?! Dedim ki, mənə saz al, ifa edim. Beləliklə sazda ifa etməyə başladım” deyə aşıq Zülfiyyə İbadova deyib. Tanınmış aşıq itirdiyi yaxınlarından da danışıb. “Evdə 8 övlad olmuşuq. Qardaşımın biri 27 yaşında rəhmətə gedib. Qardaşımın ölümü anama çox pis təsir etmişdi. Nə dinmirdi, nə danışmırdı. Meylini gəlinimizə salmışdı, qardaşımın nəfəsini, iyini ondan alırdı. 14 ildən sonra gəlinimiz də dünyasını dəyişdi. Anam da, atam da dünyasını dəyişib. Onlarla keçirdiyimiz gözəl günlərin həsrətini çox çəkirəm” deyə o bildirib. “Aşıq sənəti qadın üçün deyil deyirlər, sizcə doğrudur?” sualına isə aşıq belə cavab verib. “Bu gün qadının cəmiyyətdə çox gözəl rolu var. O həm anadır, həm iş qadınıdır, həm sənətkardır. Qadın hüquqşünas, baş nazir ola bilir, aşıq ola bilməz? Aslanın erkəyi dişisi olmaz. Bir çox dastanlarımız qadın aşıqlar vasitəsilə yaranıb” deyə o bildirib. Geri qayıt |