Əsas Səhifə > Şou-biznes > “Fəxri adım gecikir, elə “gözlə, gözlə” deyirlər”

“Fəxri adım gecikir, elə “gözlə, gözlə” deyirlər”


18-10-2022, 10:21
“Fəxri adım gecikir, elə “gözlə, gözlə” deyirlər”
“Fəxri ad almağıma görə çox gecikmişəm. Dəfələrlə müraciətlər olsa da elə “gözlə, gözlə” deyiblər. Özüm də müraciət etmişəm, hətta Mədəniyyət Nazirliyindən dedilər ki, iş yerindən təqdimatınızı versinlər. Bilmirəm niyə fəxri adı gecikdirirlər?! Söz versələr də, əməl etmirlər”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nurlan Əzizbəyli deyib. O, daha sonra əlavə edib.

“Mən bu illər ərzində müğənnilik fəaliyyətimdən geri qalmamışam. Dövlət tədbirlərində də olurdum, əsgərlərimiz üçün cəbhə bölgələrində konsertlərdə də çıxış edirdim. Sadəcə olaraq bunları işıqlandırmırdım, ona görə də yəqin ki, tamaşaçılar bunlardan xəbərsizdir. Artıq 37 ildir ki, bu sənətdəyəm. Üzlülüyü sevən bir insan deyiləm. Bir müddət əvvəl, elə indi də Nurlanı arxa plana atmağa çox çalışırlar. Sənəti olmayanlar həmişə sənəti olanları vurmağa çalışırlar. Sırf sənəti olanlar arxa planda qalır. Bu gün efirlərimizi bayağı müğənnilər zəbt edib. Bəziləri daydaylarının, bəziləri isə pullarının hesabına efirdədir. Ona görə də sənət çox arxa planda qalıb, budur məni ağrıdan, mən sənətdən özüm geri çəkilməmişəm” deyə Nurlan Əzizbəyli deyib.

Müğənni daha sonra vəfasız dostlarından danışıb.

“Müğənniyik, toylardan, efirlərdən, şou proqramlardan da daim bizə təkliflər gəlir. Mənimlə səhnəni bölüşən, evimdə süfrəmin başında oturan digər bir ifaçı gedib müdiriyyətə deyir ki, “Nurlan gəlsə mən gəlməyəcəm”. Müdiriyyət də deyir ki, “Nurlan müəllim, siz sənətkarsız, amma inciməyin bu gün bizə daha çox reklamlı müğənni lazımdır”. Buna da səbəb nədir?! Mənim varlığım onların yoxluğu deməkdir. Onların içərisində xanım müğənnilər də var, bəy müğənnilər də. Onların üzlərinə də demişəm, yenə də boyunlarına almayıblar. Neçə sənət dostumdan məni tədbirlərə istəyiblər, onlar da deyib ki, “Nurlan artıq oxumur, Azərbaycanan çıxıb gedib”. Sonra hansısa məclisdə məni görəndə yaxınlaşırdılar ki, qayıdıb gəlmisiz?” deyə sənətçi bildirib.

Geri qayıt