Əsas Səhifə > Şou-biznes > "Görəsən, Əliağa Vahid yazıb-yaratmasaydı, bu gün toylarımızda nə oxunardı?!"

"Görəsən, Əliağa Vahid yazıb-yaratmasaydı, bu gün toylarımızda nə oxunardı?!"


17-10-2022, 10:32
"Görəsən, Əliağa Vahid yazıb-yaratmasaydı, bu gün toylarımızda nə oxunardı?!"
“Əliağa Vahidin qəzəllərinə qulaq asanda o dövrə gedib çıxıram. Onun dediyi ifadələr hər dövrdə, hər ildə aktualdır. O elə bu günümüz üçün yazıb. Görəsən Əliağa Vahid yazıb-yaratmasaydı bu gün toylarımızda nə oxunardı?! Sağ olsun yazıb, bizim üçün qoyub”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov deyib. O daha sonra əlavə edib.

“Bu gün deyilən meyxanalarda elə qafiyə var ki, üst-üstə düşmür. Üst-üstə düşmürsə demək lazım deyil. Bəzən məclislərə dəvət edib deyirlər ki, filankəsin ad günüdür, meyxana de. Bu bizim üçün çox çətin olur. Bir-iki kəlmə fikirləşirsən, sonra tükənirsən. Amma mövzu olanda çox deyişmə olur. Biz bəzən toylarda, ad günlərində müşahidə edirik. Nəsə bir hadisə baş verirsə onu da meyxanaya çeviririk. Bəzən deyirlər ki, meyxana sənəti bayağılaşıb. Mən belə düşünmürəm. Meyxana sənəti daha da təkmilləşir, bayağılaşmır. Bu gün görün nə qədər cavanlarımız bu sənətə gəlir. Musiqili meyxanalar da əladır və ifa tərzi mənim xoşuma gəlir” deyə meyxanaçı bildirib.

Ağamirzə Məmmədov həyatda yaşadığı itkilərdən də danışıb.

“Həyatda itkilərim çox olub. Anam, atam, dostum Elçini və s. yaxınlarımı itirmişəm. Amma anamın itkisi mənim üçün sağalmaz yaradır. Anam şəkər xəstəsi idi, gözləri tutulmuşdu. Hər gün ağlayırdı ki, gözüm görmür. Bir gün rəhmətlik dayım Ağasəlim Çıldağ gəlib anamın halını soruşdu. Anam da dedi ki, gözlərim görmür qardaşım! Ağasəlim dedi ki, “bacım bu dəqiqə bəzi insanlar elə dəyişiblər ki, elə görməsən yaxşıdır. Bir neçə il yaşadı, sonra rəhmətə getdi” deyə o bildirib.

Geri qayıt