Əsas Səhifə > Şou-biznes > "Anara cavab olaraq söylədim ki, gördün Rəhimin hörmətini..."
"Anara cavab olaraq söylədim ki, gördün Rəhimin hörmətini..."17-10-2022, 09:40 |
“Rəhimin qardaşı deyir ki, onun məzarını daha çox tanımadığımız, bilmədiyimiz yaşlı analar ziyarət edir. Anara cavab olaraq söylədim ki, gördün Rəhimin hörmətini. Deyirlər, igid ölər, adı qalar. Bunu atalarımız elə belə söyləməyiblər”. DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu “Özəl” gecə şousunda deyib. Müğənni Rəhim Rəhimlinin ölümü ilə barışa bilməyən sənətçi onunla bağlı xatirələrini dilə gətirən zamanı göz yaşına boğulub. “Suraxanıdayam deyə Rəhimə bir az yaxın, amma anamdan uzağam (ağlayır). Bir yerdə otura bilmirəm. Görürəm orada tək yatıb. Deyirəm mən də orada yatacağam. Təzə-təzə bunu götürə bilmir insan. Amma sonra anlayırsan ki, səni də basdıracaqlar. Düşünürəm ki, dost kimi ona orada soyuqdur. Boş şeydir. Orada runu bədənindən ayrılıb”. Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib. TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bilirilib. Geri qayıt |