Əsas Səhifə > Şou-biznes > "Ayaqları qanqrena olub, 2 gün olar ki, adam da tanımır..."

"Ayaqları qanqrena olub, 2 gün olar ki, adam da tanımır..."


12-10-2022, 09:26
"Ayaqları qanqrena olub, 2 gün olar ki, adam da tanımır..."
“2 həftə olar ki, atamın səhhətində böyük problemlər yaranıb. Ayaqları qanqrena olub. 2 gün olar ki, adam da tanımır, çətinlik çəkir. Deyəndə ki, kimsən, adını çəkəndə tanıyır”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, xanəndə Dədə Süleyman adı ilə tanınan Süleyman Abdullayevin qızı Aygün Abdullayeva deyib. O daha sonra əlavə edib.

“Heç bir maddi dəstəyə ehtiyacımız yoxdur, şükür Allaha. Sağ olsun atamın sənət dostları, sənətkarlarımız gündə gəlib baş çəkirlər. Yaxşı olanda gedib-gəlirdim, özü rəva bilmirdi ki, gəlim qalım. İndi amma yanında qalıram. Həkimlər aciz qalıb. Ürəyi 30 faiz işləyir, böyrəyinin biri işləmir, bədəninə su yığılıb, qaraciyəri parçalanıb, ayağı topuğa qədər qaralıb. Bu məqamda ayağı amputasiya etmək lazım idi, amma bədənin orqanları bu əməliyyata yol vermir. 5 gündür ağrıkəsici vurub sakitləşdiririk, bədən artıq dərman qəbul etmir. Sonuncu dəfə 3 gün bundan əvvəl sistem qoyuldu, bədən qəbul etmədi, həkimlər dedi ki, dayandırın. Allahın verdiyi ömürdür, neçə yaşına kimi yaşayar yaşasın. Allahın möcüzələri çoxdur. Atamın fevral ayında 84 yaşı tamam olacaq” deyə sənətkarın qızı bildirib.

“Atanız Zeynəb Xanlarova ilə birgə təhsil alıb. Heç zəng edib, səhhətini soruşub?” sualına isə Aygün Abdullayevanın cavabı belə oldu.

“Zeynəb xanım təxminən 2 həftə əvvəl zəng edib onunla danışmışdı. O zaman atam hələ xəstələnməmişdi. Həm səhhəti ilə maraqlanıb, həm də maddi və mənəvi cəhətdən dəstəyini əsirgəməyib. Yenə də deyirəm, maddiyata ehtiyacımız yoxdur. Biz atamızı heç vaxt belə görməmişik. Onun indiki vəziyyəti bizim ürəyimizi parçalayır. Ölüm-dirim savaşı aparır. Atam xalq üçün dəyərli sənətkar olub. Ona görə də o xalqdan “Dədə” adını qazanıb.” deyə sənətkarın qızı deyib.

Geri qayıt