Əsas Səhifə > Şou-biznes > “İlhamə Quliyevadan mənə təkcə “imperator” adı qaldı”
“İlhamə Quliyevadan mənə təkcə “imperator” adı qaldı”11-10-2022, 08:55 |
“Toya gedəndə hansısa mahnını istəyirlərsə və əgər sən bilmirsənsə bu xoşagələn bir hal deyil. Gərək hər şeyi biləsən. Təbii ki, səviyyəni də saxlamalısan. Ola bilsin ki, 5 toyda səndən həmin mahnını istəməzlər, amma 6-cı toyda istəyərlər. O vaxt bir müğənni dostum var idi, deyirdi ki, filan mahnını oxumaram. Deyirdim ki, sən Müslüm Maqomayevsən, yoxsa Rəşid Behbudov?! Mən böyük əsərlər oxumuşam. Bir də mən daha çox retro mahnılara üstünlük vermişəm. Retro mahnıları bizim ünvanımızdır. Böyük bəstəkarlarımızın yazdığı mahnılar heç bir xalqın mahnısına bənzəmir. O dəqiqə hiss olunur ki, bu Azərbaycan mahnısıdır. Bu mahnılar bizi kövrəldir, yaşa dolduqca daha da kövrək olursan. Çox vaxt deyirlər ki, filankəsin əsəbləri, hissiyatı yoxdur. Əsəb də olmalıdır, yumşağlıq da olmalıdır”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib. O, daha sonra idarə etdiyi toylardan danışıb. “Toyu idarə etmək elə-belə iş deyil, böyük bir işdir. Özü də hər toyu eyni cür aparmaq olmaz. Əgər 500 nəfər qonaq toya gəlibsə, 300-ü yemək yeyirsə, içərisində 20 nəfər səni dinləyirsə onlar üçün oxumalısan. Onlar səni qəbul etməlidir. Müğənni ki, toya gedib içdi ondan əlini üz. Düzdü, belə hallar çox olmur. Toyu konsert şəkilində aparmalısan. Yoxsa ki, səsi verirsən, ansambıldakı uşaqlardan biri telefonla danışır, biri aləti qoyub, çıxır çölə. Toy da, xına da, yas mərasimi də insana məxsusdur. Hər bir insanın sonunda onu ölüm gözləyir. Amma o məclisi idarə edən molla var, mən eləsini görmüşəm ki, çıxıb gedə bilməmişəm məclisdən. Sənətkar hər yerdə sənətkardır. Sənətini bilən insanın hər yerdə hörməti var” deyə sənətkar bildirib. Tanınmış müğənni daha sonra “İmperator” adını ona mərhum sənətkar İlhamə Quliyevanın verdiyini açıqlayıb. ““İmperator” adını mənə gözəl sənətkarımız İlhamə Quliyeva vermişdi. Allah ona rəhmət etsin, sənətkarlar ölmür, dahi olurlar. Bu ad necə yaranmışdı? 12-13 il bundan əvvəl biz İlhamə Quliyeva ilə 2 həftənin içərisində 4 dəfə toyda qarşılaşdıq. O qonaq kimi gəlmişdi, orada hətta duet də oxumuşduq. O bizi 4 dəfə ayrı-ayrı proqramlarla toyda gördü. Elə bil böyük bir konsert idi. İlhamə xanım dedi ki, “sən necə adamsan, 4 dəfədir səninlə toya düşürəm, hər dəfə də başqa proqramlarla çıxış edirsən?”. Orada mənə “imperator” adını verdi və sonra da televiziyalar vasitəsilə elan etdi. Ondan mənə yadigar “İmperator” adı qaldı” deyə əməkdar artist Cavanşir Məmmədov deyib. Geri qayıt |