Əsas Səhifə > Şou-biznes > "O mahnı ilə bizim gəzmədiyimiz ölkələr qalmadı"

"O mahnı ilə bizim gəzmədiyimiz ölkələr qalmadı"


26-09-2022, 09:23
"O mahnı ilə bizim gəzmədiyimiz ölkələr qalmadı"
“Həyatın acısı da var, şirini də. Ağladan günləri də var, güldürən günləri də. Bu həyatda hamımız qonağıq, hamımız gedəcəyik, amma istəmirəm ki, kiməsə vaxtsız ölüm qismət olsun. O qədər cavan şəhidlərimiz, cavan uşaqlar rəhmətə getdi, ötən il cavan oğlanlar, xanımlar xəstələndi, əziyyət çəkdi. Hamısına da baxdım ki, cavandır. İstəmirəm kiminsə həyatında belə dərd olsun”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Aynur Dadaşova deyib. O, daha sonra əlavə edib.

“Ən çox darıxdığım anlarda gəlib bacımın məzarının yanında oturub, təsəlli tapıram. Bacımın ölüm xəbərini eşidəndə özümdə olmadım. Hər gün yanımda olurdu, yeməyimiz, gəzməyimiz bir idi. Heç vaxt məni darıxmağa, ağlamağa, sıxılmağa qoymurdu. Böyük təsəlli verirdi mənə. Heç kimlə məni bölüşmürdü, hər kəsə qısqanırdı. Hər zaman balası üçün fikir edirdi, deyirdi ki, “mən ölsəm balam necə olacaq?”. Bütün vəsiyyətini də etmişdi. Sağlığında nəyi necə istəmişdisə elə də qisməti oldu. Deyirdi ki, işıqlı yerdə dəfn olunmaq istəyirəm. Gecə saatlarında da məzarı başına gələndə elə bilirəm ki, günün günorta çağıdır” deyə müğənni bildirib.

Sənətçi illər öncə meyxana ifaçıları ilə duet oxuduğu üçün qınandığını da bildirib.

“O vaxt meyxana ifaçıları ilə duetlər oxumuşdum. Bir neçə jurnalist mətbuatda yazdı ki, “Aynur xanım, biz sizə yaraşdırmırıq onlarla duetləri”. Amma o mahnı ilə bizim gəzmədiyimiz ölkələr qalmadı. 2002-ci il idi. Bu tamaşaçıların sevgisi idi. Müğənnini ucaldan tamaşaçıdır, bu gün o müğənnini sevməsə, izləməsə heç vaxt həmin müğənni populyar ola bilməz. Hər zaman mahnılarımla, sənətimlə gündəmdə olmuşam. İndi nə qədər müğənni, aparıcı, aktrisa var. O vaxt məni böyük sənətkarlar dəstəkləyirdi, gənclər çox az idi. 10 il də oxumasam, yenə də Aynur Dadaşovayam. Kənardan bəlkə də sənətimiz asan görünə bilər, amma çox çətindir. Sadəcə olaraq tez yorulub, həvəsdən düşürəm” deyə müğənni bildirib.

Geri qayıt