Əsas Səhifə > Şou-biznes > Bir yandan Ermənilərə dəstək verir, bir yandan da Bakıda konsert vermək istəyirdi...
Bir yandan Ermənilərə dəstək verir, bir yandan da Bakıda konsert vermək istəyirdi...15-09-2022, 10:00 |
Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub. DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib. Bunun ardından Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da başa tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib. Bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb. Şirkət “Qafqazinfo”ya açıqlamasında konsertin ləğv olunduğunu açıqlayıb. Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi. Geri qayıt |