Əsas Səhifə > Şou-biznes > "Səhnədə olmaq üçün əyilməmişəm, əymişəm"

"Səhnədə olmaq üçün əyilməmişəm, əymişəm"


6-09-2022, 08:49
"Səhnədə olmaq üçün əyilməmişəm, əymişəm"
“Mən xoşbəxt olmağım üçün, övladlarımın xoşbəxt olmağı üçün sənətimdən vaz keçərəm. İnsanların gördüyü səhnə sənətindən söhbət gedir. Kadr arxası işləyərəm. Səhnədə olmaq üçün əyilməmişəm, əymişəm. Ona görə də səhnə məndən küsə bilməz. Çünki səhnəmi mən yaradıram”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O daha sonra toy bazarından danışıb.

“Kimsə toya məsəlçün 100 manata gedir. Əgər baha gedirsə demək ki, o keyfiyyətli müğənnidir. Həmin müğənnilər ürəklə və səbrlə işləyirlər. Toy çox böyük səbr tələb edir. Kimsə gəlib o qiymətin yarısından da az qiymətə gedir. Ucuz ətin şorbası olmur. Ev yiyəsi o dəqiqə deyir ki, filankəs bu qiymətə gedir, sən də bu qiymətə gəl. Mən deyirəm ki, o qiymətə gələ bilmərəm. Mən böyük ansambl, musiqiçilərlə çalışıram. Necə deyim ki, gəl burdan bölgəyə 50 manata gedək?! Onun evinə çörək aparmalıdır, ailəsi var” deyə müğənni bildirib.

Roza Zərgərli illər öncə atasının ona qoyduğu qadağalardan danışıb.

“Hərbçi ailəsində anadan olmuşam. Atam çox tələbkar insandır. Bizim sənətimizi sevsə də ciddi baxmayıb. Fikirləşib ki, bu peşədə xanım üçün ən gözəli piano müəlliməsi olmaqdır. Tələbkarlıq mənim də xasiyyətimdə var. Uşağı necə tərbiyyə edirsənsə, elə də gedir. 22 ildir sənətdəyəm, bu müddət nə azdır, nə çox! 10-15 il bundan öncə 40-42 yaşında insan görəndə deyirdim ki, artıq səhnədən getmək vaxtıdır. Fikirləşirdim ki, qoy cavanlar önə getsin. İndi özüm 40 yaşı adlamışam, deyirəm ki, həyat indi başlayır. Yəqin ki, hər yaşda belə deyəcəm” deyə müğənni bildirib.

Geri qayıt