Əsas Səhifə > Şou-biznes > Mingəçevirdə “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb
Mingəçevirdə “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb6-09-2022, 07:32 |
DİA.AZ: - Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb. DİA.AZ xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən 18 sentyabr “Milli Musiqi Günü” ilə əlaqədar “Arşın mal alan” musiqili tamaşasının məşqlərinə başlanılıb. Tamaşa müasir teatr elementləri ilə zəngindir. Musiqi məktəbinin müəllimlərinin rol aldığı tamaşanın qurluşçu rejissoru Mingəçevir Dövlət Dram teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev,Rejissor assistenti İbrahim Türksoy, musiqi rəhbəri məktəbinin müəllimi İradə Xəlilova və layihə rəhbəri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovadır. Tamaşa 17 sentyabrda nümayiş olunacaq. Qeyd edək ki, "Arşın mal alan”ın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrında səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Hüseynqulu Sarabski, dirijoru Müslüm Maqomayev idi. Hüseynqulu Sarabski Əsgər, Əhməd Ağdamski Gülçöhrə, Məmməd Hənifə Terequlov Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah xanım Asya, Olenskaya Telli rolunu ifa edib. Geri qayıt |