Əsas Səhifə > Şou-biznes > "Bu filmin dünyada indiyə qədər 16 versiyası çəkilib...
"Bu filmin dünyada indiyə qədər 16 versiyası çəkilib...2-09-2022, 08:41 |
“Yeni mövsümdə də “Yuxu kimi” serialında görünəcəm. Çünki mənim xarakterim elə bir işlər qurub, aranı qarışdırıb ki, o əməllərinin hesabatını, cavabını verməlidir. Bilirsiniz ki, “Baldız” serialı ilə sağollaşdıq. Artıq 5 il idi ki, yayımlanırdı. “Qara tikan” adlı yeni romantik komediya çəkirik. Çox maraqlı bir sujet xətti var. Oktyabr ayının ilk həftəsindən yayımlanacaq. Bundan əlavə “Söhbət var” verilişim də davam edəcək. Bir az verilişin içini dəyişmişik, daha möhtəşəm axşam şousu ilə tamaşaçıların zövqünü oxşayacağıq” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa daha sonra dünyaca məşhur film olan “Möhtəşəm qəriblər”-in Azərbaycan versiyasında çəkildiyini də bildirib. “Bu filmin dünyada indiyə qədər 16 versiyası çəkilib. İndi isə Azərbaycanda çəkilir. Filmdə hadisələr bir evin içində baş verir. Ekran işinin ssenaristi, eyni zamanda prodüsseri Fariz Əliyev ssenarini bizə təqdim edəndə həqiqətən də çox sevdik. Hamımız sevə-sevə bu işi görməyə başladıq. Filmdə çox gözəl aktyor truppası çəkilir. Mən indiyə qədər belə bir xarakterdə obraz oynamamışam. Bu komediya deyil, dramdır. Çox ciddi bir material, işdir. İnanıram ki, bu filmlə kinoteatrlarda çox böyük canlanma, yeni yanaşma, yeni bir üslub meydana gələcək. Düşünürəm ki, bu mövzu tamaşaçıların ürəyindən xəbər verəcək. Çünki sosial mesaj doludur, burada insanlığa çağırış var, ümumiyyətlə insan münasibətlərinin üzərində qurulmuş bir filmdir. Çox ciddi bir rejimdə çalışırıq. Çəkilişlər axşamdan səhər saat 7-yə qədər davam edir. Hər kəsə uğurlar arzulayıram” deyə aktrisa bildirib. Geri qayıt |