Əsas Səhifə > Şou-biznes > "Mən Allahımı sevən, dinimizə və bütün dinlərə hörmət edən biriyəm"
"Mən Allahımı sevən, dinimizə və bütün dinlərə hörmət edən biriyəm"26-08-2022, 11:18 |
Müğənni Günel Zeynalova avqustun 25-dı həbs olunan həmkarı Gülşən haqqında dəstəkverici paylaşım edib. DİA.AZ-ın lent.az-a istinadən məlumatına görə, Günel "Instagram" hesabında Gülşənə həqarət edən və həbs olunmasına sevinənlərə reaksiya verib: "Mənə Gülşəni paylaşdım deyə çoxlu yazanlar olub. Mən etdiyi xoş olmayan açıqlamasını dəstəkləmədim. Sənətçi dostumun həbs olunacaq qədər ağır cinayət işləmədiyini və üzr istəməsinə baxmayaraq, həbsxanaya göndərildiyi üçün yanında olduğunu dilə gətirdim. "Homoseksualdır, dinimizi təhqir edib, izləmədən çıxıram" deyirsiniz. Mən Allahımı sevən, dinimizə və bütün dinlərə hörmət edən biriyəm... Biz təəssüf ki, çox da sevmədiyimiz dünyada yaşayırıq. Bu dünyada hər şeyi, hər şəkildə, hər kəslə yaşayırıq". Qeyd edək ki, müğənni Gülşən konsert zamanı birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, ifadəsini işlədib. O, işlətdiyi ifadəyə görə həbs olunaraq Bakırköy Qadın Qapalı Cəzaçəkmə Müəssisəsinə göndərilib. Geri qayıt |