Əsas Səhifə > Şou-biznes > "Bu mahnıyla evlər, avtomobillər almışam"
"Bu mahnıyla evlər, avtomobillər almışam"23-08-2022, 10:31 |
Müğənni Yeganə Mürsəlova məşhur "Taleyim" mahnısından danışıb. DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Xəbər-ətər" proqramında bəstənin onun həyatında bir çox şeyi dəyişdiyini açıqlayıb: "Barmaq sayılacaq qədər ifaçılardanam ki, "Talehim" mahnısını oxuyandan sonra özümə mənzil yox, mənzillər, avtomobillər almışam. Bu yaxınlarda "Taleyim" mahnısını bir məclisdə ifa etdim. Bu nəğməni 22 il əvvəl oxumağıma baxmayaraq, hələ də ifa etməyimi istəyirlər. Adımı bilən yoxdur. Elə "Taleyim" adı ilə çağırırlar. O mahnı ilə "Səbuhi records" şirkətinindən kifayyət qədər pul qazanmışam. O zamanlar mahnılar kasetə yazılırdı, disk yox idi". Qeyd edək ki, Yeganə Mürsəlova Fateh adlı Türkiyə vətəndaşı ilə ailəli olub. Daha sonra cütlük boşanıb. Onların Ömər adlı oğlu var. Geri qayıt |