Əsas Səhifə > Şou-biznes > “Bilmirəm məni kim və niyə cəzalandırır?”

“Bilmirəm məni kim və niyə cəzalandırır?”


16-08-2022, 11:38
“Bilmirəm məni kim və niyə cəzalandırır?”
"Artıq bəsdir, yoruldum... Mənim yerimə kim olsaydı və bu qədər hörmətsizlik kimə edilsəydi, bomba kimi partlamışdı. Mənsə dözürəm, əlacım yoxdur”.

DİA.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya xanəndə Sabir Abdullayev Şuşaya dəvət edilməməsindən danışarkən deyib. Xanəndə heç kəsin onu eşitmədiyini, saymadığını bildirib:

"Mənimlə bağlı heç bir yenilik yoxdur, soruşan yoxdur ki, Sabir hardadır? Sağdır, ya yox? Mən bu ölkəyə, Azərbaycan mədəniyyətinə xidmət etmişəm. Mənə qarşı bu laqeyidliyin kökündə nə dayanır? Axı mən də bu vətənin oğluyam. Əllərim hər yedən üzülüb. Heç Şuşaya da aparmadılar. Məndən savayı hamı Şuşadadır. Elə xanəndə var, 10 dəfə Şuşaya gedib. Amma deyən yoxdur ki, Sabir Abdullayev də var, bir dəfə də onu aparaq. Nə etmişəm axı? Bu günə kimi mənə qarşı edilən haqsızlığın kökündə nə dayanır? Şuşaya gedənlərə baxıram, hamısı cavan-cavan uşaqlardır. Mənim onlardan nəyim əskikdir? Bir adam demir ki, Sabir də bu xalqın mədəniyyətini təbliğ edir. Bu mənə qarşı haqsızlıqdır”.

Sabir Abdullayev deyib ki, Şuşaya səfər etmək üçün Ağdam rayon nümayəndəliyinə müraciət edib, amma nəticəsi olmayıb:

"Qeydiyyat aparanlar var e, bütün günah onlardadır. Müraciət etdim Ağdam nümayəndəliyinə, söz verdilər ki, aparacaqlar, bütün səndələrimi də aldılar. O vaxtdan gözüm telefonda qalıb. Sanki Sabir adlı xanəndə yoxdur. Mən hələ də anlaya bilmirəm ki, mənə qarşı ədalətsizliyin kökündə nə dayanır? Məni niyə və kim cəzalandırır? Heç kimlə işim yox, xalqımı, vətənimi sevən adamam. Bu yaşda hara çağırsalar, birinci sırada gedərəm”.

Geri qayıt