Əsas Səhifə > Şou-biznes > "Mən çox sevinirəm ki, məhz bu teatrdayam"

"Mən çox sevinirəm ki, məhz bu teatrdayam"


8-08-2022, 10:08
"Mən çox sevinirəm ki, məhz bu teatrdayam"
“Oynayacağım yeni “İnstinkt” tamaşası 2 əsər üzərində qurulub. Birincisi, Frans Kafkanın, ikincisi isə gənc yazar Pərviz Seyidlinin əsəri. Xalq artisti Vidadi Həsənov bu iki əsər üzərində pyes yazaraq, səhnələşdirib. Səhnədəki tərəf müqabilim Ziya Ağadır. Gənc olmasına baxmayaraq peşəkar bir aktyordur. Onunla tərəf müqabili olduğum üçün həqiqətən də çox şadam. 3 ay bundan öncə biz tamaşanın məşqlərinə başladıq. Təbii ki, bədii rəhbərimiz, xalq artisti Vidadi Həsənov bizimlə məşq keçirdi. Bu günlərdə tamaşaya qapalı baxış oldu. Mən çox sevinirəm ki, məhz bu teatrdayam. “M.teatr” da oynamaq mənə qürur hissi verir”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Oksana Rəsulova deyib. O, daha sonra məşq prossesindən, ilk teatr rejissoru, xalq artisti Vidadi Həsənovun aktyorlarla işləmə metodundan danışıb.

“Mən fəxr edirəm ki, Vidadi müəllim kimi ustadım, müəllimim, ən əsası isə rejissorum var. Hamı bilir ki, mən teatrı sevirəm. Hansı bölgəyə, ölkəyə ayaq basırdımsa ilk getdiyim yer teatr olurdu. Hər zaman istəmişəm ki, teatrda çalışım və ətrafımdakı insanlar da teatral olsunlar. Vidadi müəllim mənimlə teatrın arasında böyük bir pltaforma yaratdı. Mənə teatra daha da çox sevdirdi. Onu da qeyd edim ki, mən teatra gəldiyim gündən ümumiyyətlə yaradıcılığa başqa prizmadan baxmağa başlamışam. Sanki teatrda yerim görünürdü, amma uzun illərdir getmirdim. Gəldim, sanki öz yerimi tapıb, tamamlandım. Bax içimdə belə bir hissiyat var idi. Artıq teatr mənim yaradıcılığımda əvəzolunmaz bir parçamdır. Çox sevinirəm ki, ilk tamaşamın rejissoru da Vidadi Həsənovdur. Həqiqətən də bu baxımdan çox şanslı insanam ki, sözün əsl mənasında Vidadi Həsənovun əlinə düşmüşəm. O istedadlı, yaradıcı insandan plastilin kimi nəsə düzəldə bilir. Onun ən böyük üstünlüyü də budur ki, sənin istedadını üzə çıxarır, sanki səni özünə qaytarır. Sən artıq öz istedadını görüb, daha da həvəslənirsən, sənətinə hörmət edirsən, onu sevirsən. Aktyorun ən böyük missiyası tamaşaçılar üçün faydalı olmaq, o hissiyatı onlara ötürməkdir. Çünki aktyorluq böyük bir hərflə yazılan peşədir” deyə sənətçi bildirib.

Qeyd edək ki, aktrisa 3 ay bundan öncə “M-teatr”-ın səhnəsində “Vidalaşmadan getməyin” mono tamaşası ilə tamaşaçı qarşısına çıxıb. “İnstinkt” tamaşasının premyerası isə yeni mövsümdə baş tutacaq. Arzu edənlər “Qanun” nəşrlər evində yerləşən “M-teatr” da tamaşanı izləyə bilərlər.
başlıq..

Geri qayıt