Əsas Səhifə > Şou-biznes > "Adam var ki, yatır, günorta saat 1-də yuxudan durub gileylənir ki, qazanmaq olmur"

"Adam var ki, yatır, günorta saat 1-də yuxudan durub gileylənir ki, qazanmaq olmur"


5-08-2022, 09:34
"Adam var ki, yatır, günorta saat 1-də yuxudan durub gileylənir ki, qazanmaq olmur"
“Məni nə dost-tanış, nə toylar, nə də əkdiyim əkin dolandırıb. Hər zaman deyirəm ki, məni Allah dolandırır. Demirəm ki, lap belə əla yaşayıram, amma şükür bir parça çörək tapırıq. Mən tək öz ölkəmizi yox, bütün dünyanı dua edirəm. İndi də yay ayıdır, bağda istirahət edirəm. Yaşıllığı sevirəm, ağaclara özüm qulluq edirəm. Ürəyim gedir bağa baxmaq üçün”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov deyib. O daha sonra hər zaman zəhmətlə pul qazandığını bildirib.

“Neçə illər torpağda əkin əkmişəm. Yaxın illərə qədər əkib-becərirdim. Göy-göyərti əkirdim. Torpaqdan gələn ruzi heç yerdə yoxdur. Əkirdik, biçirdik, dəstə bağlayıb satırdıq. Qardaşlarım indi də əkib-becərir, zəhmətkeş insanlardır. İnsan zəhmətkeş olmalıdır. Adam var ki, yatır, günorta saat 1-də yuxudan durub gileylənir ki, qazanmaq olmur. Sən bir işlə ki, sənə ruzi gəlsin də. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət” deyə meyxanaçı bildirib.
Ağamirzə duetlə bağlı suala da cavab verib.

“Duet oxumağı xoşlamıram. Dostlarımızla meyxana duetləri olur, amma xanımlarla yox. Səsim ona da imkan vermir. Meyxanaçı ilə müğənninin dueti belə olur da. Onlar mahnı yerlərini oxuyurlar, biz də meyxana yerlərini. Bir neçə dəfə təklif ediblər, həm mənim yaşıma uyğun deyil, həm də mənim yolum deyil” deyə meyxanaçı bildirib.

Geri qayıt