Əsas Səhifə > Şou-biznes > “Qadın özünə baxmağa borcludur, dünyanı gözəlləşdirən onlardır”
“Qadın özünə baxmağa borcludur, dünyanı gözəlləşdirən onlardır”4-08-2022, 09:13 |
“Bəlkə də səhnədə 100 dəfədən çox Leyli obrazını yaratmışam. Artıq 25 ilə yaxındır ki, Opera və Balet teatrının solistiyəm. Özümü çox şanslı sənətkarlardan sayıram ki, bu gün də teatrdayam, teatrla yaşayıram. Amma artıq 7 ildir ki, mən Leyli kimi yox, Ərəbzəngi kimi, digər obrazlarda səhnə alıram. Çünki Leyli gənc bir qızdır. Hər yaşın səhnədə öz yeri var”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni-xanəndə Gülüstan Əliyeva deyib. O daha sonra əlavə edib. “Teatrda böyük-kiçik rol yoxdur. Hər bir aktyor teatrda nun üstünə biçiləcək obraz üçün hazır olmalıdır. Mən filankəsəm, ancaq baş rol oynamalıyam deyə bir şey yoxdur. Xeyr, mən ikinci dərəcəli obrazlar da oynamalıyam. Bunlar hamısı köhnəlmiş fikirlərdir. Teatrın tələblərinə hər zaman hazır olmalıyıq” deyə sənətkar bildirib. Əməkdar artist daha sonra qadın gözəlliyindən danışıb. “Başqa millətlərin xanımlarından fərqli olaraq Azərbaycan qadınları yaşa dolduqca nurlanırlar. Üzlərinə nur gəlir. Onların daxilindəki gözəllik, səmimiyyət üzə vurur. Bütün qadınlar gözəldir, baxımlıdırlar. Hətta qadınlarımız özlərinə baxmağa borcludurlar. Çünki dünyanı gözəlləşdirən, gözəl göstərən qadınlardır. Qadın həm də qarşı cinsin gözündə gözəl görünməlidir” deyə o bildirib. Geri qayıt |