Əsas Səhifə > Şou-biznes > “Tünzalə Ağayevanın adını çəkməmişəm, açıq-saçıqlığı şarmla səhv salmasınlar...”
“Tünzalə Ağayevanın adını çəkməmişəm, açıq-saçıqlığı şarmla səhv salmasınlar...”3-08-2022, 08:59 |
“Mən ümumiyyətlə Tünzalə Ağayevadan söz açmamışam. Müxbir mənə dedi ki, “Səidə xanım, son vaxtlar siz qapalı geyinirsiz. Bu nə ilə əlaqədardır?”. Dedim ki, bu mənim stilimdir. Mənim səhnədəki stilim xalq artisti Zülfiyyə Xanbabayevanın stilidir. Klassik, qapalı geyimlərdir. Açıq-saçıq olmalıyam ki, cazibədar görünüm?! Açıq-saçıqlığı şarmla səhv salırlar! Mən elə qapalı geyimdə də hamıdan cazibəliyəm. Söhbət mənim haqqımda gedib. Daha sonra müxbir dedi ki, “Bu günki gündə səhnəmizin Gülşəni açıq-saçıqlıqda Tünzalə xanımdır”. Mən də dedim ki, bu onun şəxsi istəyidir, stilidir. Onun öz kütləsi var, mənim öz kütləm”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Səidə Dadaşova deyib. O sosial şəbəkələrdə “Səidədən Tünzaləyə irad” başlığı ilə paylaşılan xəbərlərı münasibət bildirib. “Mən nə varsa insanın özünə deyirəm. Saytlar, televiziyalar vasitəsilə ismarıc yollamıram. Heç kimə irad bildirmirəm. Mən heç Tünzalə adını çəkməmişəm. Mənə sual verən insanın öz sualı efirə düşməyib, amma mənim cavabım düşüb. Məni belə qalmaqallara qatmaq istəyirlər, amma alınmır. Mən ümumi danışmışam, tək müğənnilərdən söhbət getmir. Adi insanlar var ki, müğənnilərdən də açıq geyinir” deyə müğənni bildirib. Səidə Dadaşova daha sonra yay istirahətindən də danışıb. “Mənim istirahətim mənim işimdir. Səhnədə istirahət edirəm, çünki sevən insanlarla mahnılarımı bölüşürəm, həmsöhbət oluruq, müsbət aura alıram. Mən işimdən yorulmuram, yorulmamışam da. Səhnə artıq mənim evimdir. Vaxt tapanda biz də istirahət edirik, amma çox da önəmsəmirəm, xüsusi hazırlaşmıram ki, harasa gedim. Bütün günü ailəmlə, övladımlayam, bu mənim üçün milyon istirahətə dəyər. İnsanın hüzuru gözəl, xoş gün, ailəsinin yanında olmağıdır. Bundan gözəl şey nə ola bilər ki?” deyə müğənni bildirib. Geri qayıt |