Əsas Səhifə > Şou-biznes > “Sənətdə daydayım yoxdur, Allah mənə yetirsin, amma kimsənin xəbəri olmasın..."

“Sənətdə daydayım yoxdur, Allah mənə yetirsin, amma kimsənin xəbəri olmasın..."


1-08-2022, 09:05
“Sənətdə daydayım yoxdur, Allah mənə yetirsin, amma kimsənin xəbəri olmasın..."
“2 il çəkildim kənara, heç yerdə görünmədim, nə verilişlərə getdim, nə də ki, insanlarla görüşdüm. Susqunluq yaşadım. Məni yorduqları üçün kənara çəkildim. Xalq artisti Nisə Qasımova deyir ki, “Çəkildim bir kənara, əlimdən gələn gəlir ki?” Deməzdim ki, qəlbimə toxunanlar çox olub. Hər adamın başı üçün deyil ki, mənim qəlbimə toxunsun. Sadəcə onları özümdən uzaqlaşdırdım”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət Əsədova deyib. O, daha sonra əlavə edib.

“İnsana iki şey həyatda qəfil gəlir. Biri sevgidir, biri də ölüm. Hər zaman ölümümü gözləmişəm, Allahıma qovuşmaq üçün. Allah nə vaxt məsləhət bilsə, bir qulu kimi mən razıyam. Mən ölümdən qorxmuram! Allaha qovuşacam da. Həyatda ondan gözəl, ondan qiymətli şey yoxdur” deyə müğənni bildirib.

Müğənni daha sonra etdiyi yaxşılıqlarla özünü reklam etmədiyini bildirib.

“Sənətdə daydayım yoxdur, bunu mən yaşamamışam. Allah mənə yetirsin, mən özüm edim insanlara. Necə ki, o vaxt yetirmişdi, o vaxt var idi. Amma kimsənin xəbəri olmasın. Bu gün kimsə kiməsə balaca bir parfum alır, hamının xəbəri olur. Amma mən yenə də etsəm, heç kimin xəbəri olmayacaq. Necə ki, vaxtilə etmişəm o yaxşılıqları. Ya bunu et kimsə bilməsin, ya da ki, etmə. Özün-özünü reklam edirsən, demə!” deyə müğənni bildirib.

Geri qayıt