Əsas Səhifə > Şou-biznes > Yaylaq Festivalından razılıq edən də var imiş...
Yaylaq Festivalından razılıq edən də var imiş...1-08-2022, 08:55 |
Üç gün Milli Yaylaq Festivalında oldum. Amma Telli Pənahqızının qeyd etdiyi problemləri qəbul edə bilmərəm”. Bu sözləri xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan Teleradiosu Akademiyanın rəhbəri Telli Pənahqızının ll Milli Yaylaq Festivalı ilə bağlı paylaşımına reaksiya olaraq bildirib: Orda, gözəl olan, ruhu oynadan nəsnələr daha çox idi. Təbii ki, hər kəs görmək istədiyin görür… Şəxsən mən , tıxaca, yaylaq yolunun toz-torpağına, dağların başında yaylaq yağışına düşməyimizə baxmayaraq, şad idim, zövq aldım, ruhum dincəldi. Təşkilatçılara, əməyi keçən hər kəsə təşəkkür edirəm! Mən orda minlərlə üzlərindən xoşbəxtlik, gözlərindən işıq yağan insanlar gördüm. P.S. Yaylaq yolları asfaltmı olur Telli xanım? Yaylaq deyirsiniz. Axı yaylaq, Bakıda keçirilən tədbirlərin, mərmərli, parketlı, furşetli məkanlarına bənzəməz. Medianews.az Geri qayıt |