Əsas Səhifə > Şou-biznes > “Uşaq olanda aktyor olmaq istəyirdim, ən sevdiyim filmim “Alma almaya bənzər"dir...”

“Uşaq olanda aktyor olmaq istəyirdim, ən sevdiyim filmim “Alma almaya bənzər"dir...”


30-07-2022, 10:43
“Uşaq olanda aktyor olmaq istəyirdim, ən sevdiyim filmim “Alma almaya bənzər"dir...”
“Milli Kino günü ərəfəsində Dövlət Film Fondunun kollektivi də bu il ərzində təxminən 16-ya yaxın şəxsi arxiv fondu yaradıb. Bu Azərbaycanın çox görkəmli şəxsiyyətləri, xalq artistləri Rasim Ocaqov, Eldar Quliyev, Rasim İsmayılov, eyni zamanda xalq artisti Amaliya Pənahova, kino operator, əməkdar incəsənət xadimi Şərif Şərifov və başqalarının şəxsi arxiv fondlarını qeyd etmək olar”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib. O daha sonra əlavə edib.

“Müxtəlif ölkələrdən və şəxsi arxivlərdən çox nadir arxiv foto sənədləri bizə daxil olub. Təxminən 15-ə yaxın sənədli film bərpa etmişik. Bu bərpa olunan sənədli filmlər siyahısında Niyazi, Kazım bəy, Fərhad, Şuşa ili ərəfəsində 5 sənədli film bərpa olunaraq Mədəniyyət Nazirliyinə təqdim olunub. Görkəmli rəqqasə Əminə Dilbazi, opera səhnəsinin görkəmli nümayəndəsi Gülxar Həsənova haqda filmləri bərpa etmişik. Bu filmləri vaxtilə mərhum kino rejissor Tofiq İsmayılov çəkmişdi. Eyni zamanda araşdırmalar nəticəsində təxminən 1966-cı ildə çəkilmiş, rejissor Zeynəb Kazımovanın “Namaz” filmi tapılmışdır. Bu materialı biz Naxçıvan Film Fondunun köməyi ilə tapmışıq. Bu il ərzində biz görkəmli sənətkarlarımızın yubileylərini və xatirə gecələrini keçirmişik. Xalq artistləri Həsən Seyidbləyliyə, Səfurə İbrahimovaya, Ağasadıq Gəraybəyliyə, Rasim Ocaqova, Rasim İsmayılova həsr olunmuş zəngin foto sərgilər təşkil olunub. Hal-hazırda biz Mədəniyyət Nazirliyi ilə birgə kino günü münasibəti ilə çox maraqlı bir layihə hazırlayırıq. Böyük kino çəkiliş avadanlığı sərgi şəkilində nümayiş olunacaq” deyə Cəmil Quliyev bildirib. O, yeni yaradılan Kino Agentliyindən də danışıb.

“Bildiyiniz kimi bu yaxınlarda möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı əsasında Mədəniyyət Nazirliyinin tərkibində Kino Agentliyi yaradılıb. Bu agentlik artıq yeni layihələrə, işlərə start verəcək. Agentlik müxtəlif istiqamətlər üzrə: Həm bədii filmlərin, həm sənədli filmlərin, həm də animasiya filmlərin inkişafı üzrə müxtəlif layihələr həyata keçirir. Bu agentliyin yaradılması eyni zamanda gənclərimizin tədris prossesinə daha da geniş yiyələnməsinə səbəb oldu. Yeni festivalların təşkil olunması nəzərdə tutulub” deyə o bildirib.

Cəmil Quliyev filmlərə çəkildiyi illərdən də danışıb.

“Uşaq vaxtı aktyor olmaq istəyirdim. Elə buna görə də aktyor təhsili almaq istəyirdim. Lakin sonralar rejissorluq daha çox üstünlük təşkil etdi və mən rejissorluğa getdim. Çəkildiyim filmlərin içərisində mənə ən yaxın film “Alma almaya bənzər” dir” deyə Cəmil Quliyev bildirib.

Geri qayıt