Əsas Səhifə > Şou-biznes > "Azərbaycan kinosunun gözəl nümunələri olanda Türkiyə kinosu çox zəif idi"

"Azərbaycan kinosunun gözəl nümunələri olanda Türkiyə kinosu çox zəif idi"


28-07-2022, 09:10
"Azərbaycan kinosunun gözəl nümunələri olanda Türkiyə kinosu çox zəif idi"
“Bir çox tamaşaçılar da xatırlayar ki, təxminən 80-90-cı illərdə Azərbaycan kinosunun gözəl nümunələri olanda Türkiyə kinosu çox zəif idi. Biz baxırdıq ki, Azərbaycan kinosu hara, Türkiyə kinosu hara? Bizdə “Dəli Kür”, “Qaynana”, “Şərikli çörək”, “Ad günü” və s. filmlər çəkilirdi. Onlarda isə o dövrlərdə “Arım balım pətəyim” və s. bu qəbildən olan filmlər çəkilirdi. İndi baxın, çox qısa müddət ərzində Türkiyə kinematoqrafiyası nəinki inkişaf etdi, hətta dünyaya meydan oxuyan Amerika, Braziliya seriallarını ötüb keçdi. İndi bütün dünya onların seriallarını alıb, tərcümə edir. Və yaxud da İran kinosu. Təkcə elə Tehranda 80 kino məktəbi var. Təsəvvür edin, orada kinoya necə maraq var. Onların tamaşaçıları öz milli filmlərinə çox dəyər verirlər, o qədər sevirlər ki. Azərbaycan kinosunun o səviyyəyə çatması üçün hələ vaxt lazımdır. İnşallah ki, hər şey zamanla öz yerini tutacaq”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Həmidə Ömərova deyib. O daha sonra plastik əməliyyatla bağlı suala cavab verib.

““Nizami” filminə Moskvada çəkilirdim, çünki iki ölkənin müşrətək layihəsi idi. Orada rəfiqəmlə Puşkin küçəsindən keçirdik, dedi ki, burada kosmetoloji mərkəz var. Rəhmətlik anam da həmişə deyirdi ki, “sən burnundan plastik əməliyyat keçirməlisən”. Bu da məndə kompleks yaratmışdı. Getdim, yazıldım. Soruşdular ki, nə istəyirsən? Dedim ki, orada yazmışam da, burun əməliyyatı istəyirəm. Soruşdular ki, nə işləyirsiz? Aktrisa işlədiyimi bildirdim. Gözləri kəllələrinə çıxdı! Dedi ki, indi də çəkilirsiz? Dedim ki, bəli! Həkim dedi ki, qızım get filmə çəkil, nə vaxt səni çəkməsələr gələrsən burnunu əməliyyat edərik (gülür). O vaxtdan sonra əməliyyatı unutdum. Mən hesab edirəm ki, o şey ki, Allahdan gəlib və o sənə xüsusi şarm verirsə niyə ondan imtina etməlisən?” deyə sənətkar bildirib.

Geri qayıt