Əsas Səhifə > Şou-biznes > "Hambalam, səhərdən-axşama qədər evdəyik, oturmuşuq evdə"

"Hambalam, səhərdən-axşama qədər evdəyik, oturmuşuq evdə"


8-07-2022, 09:08
"Hambalam, səhərdən-axşama qədər evdəyik, oturmuşuq evdə"
“İstirahət nədir? Hambalam, səhərdən-axşama qədər evdəyik, oturmuşuq evdə. Heç yana getmirəm, salavat gücə bağlıdır. Bir çoxları deyir ki, Maldiv adalarında dincəlirik. Yox, mən yalan deyərəm, pul var ki, istirahət də edim?! Toy da yoxdur, deyim ki, yalandan toy var, qazanıb yığışdıra bilmirik? Toyların olmamasının səbəbini bilmirəm. Bəlkə də var, amma dəvətlər yox dərəcəsindədir. Bu dəqiqə musiqiçiləri yada salan yoxdur, müğənnilər moddadır. Amma əsas əziyyəti çəkən musiqiçilərdir. Müğənnilər də musiqiçilərin sayəsində oxuyurlar. Əvvəl sənətə, sənətkara hörmət, izzət var idi, indi bu hörmət ikinci, üçüncü dərəcəyə keçib”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.

“Əvvəlki toyların ləzzəti qalmayıb. Toya gedirsən, səs-küydən otura bilmirsən. Gəlib bir həftə evdə xəstə düşürsən. Musiqiçi kimi dəvət olunanda məcburuq ki, oturaq. 50 ildən çoxdur ki, sənətdəyəm. Şövkət Ələkbərova, Rübabə Muradova, Həbib Bayramov, Tükəzban İsmayılova və s. sənətkarlarla çalışmışam, onlardan səhnə mədəniyyətini öyrənmişəm. 55 ildən çoxdur sənətdəyəm, indi mənim konsert verən yaşımdır, amma maddi imkanım buna yol vermir. Bu dəqiqə hər şey pulun başındadır. Yaşamaq da puldur, ölmək də. Ailəm böyükdür, problemlərimi özüm həll edirəm, kişi yoxdur. Biz müğənni deyilik ki, 10-15 minə toya gedək. Adamına baxır, lori dildə desək, damara baxıb, qan alırıq” deyə musiqiçi bildirib.

Geri qayıt