Əsas Səhifə > Şou-biznes > “Mülkümüzü də əlimizdən Artur Rasizadə aldı, indi öz komandasıyla orda yaşayır...”
“Mülkümüzü də əlimizdən Artur Rasizadə aldı, indi öz komandasıyla orda yaşayır...”4-07-2022, 16:21 |
“Təbrikiniz üçün çox sağ olun. Amma ürək açan bir şey yoxdur. Ad günümdə gedib fövqəladə hallar naziri Kəmaləddin Heydərova evimin qəzalı vəziyyətdə olmasıyla bağlı məktub göndərdim ki, hər an bədbəxt hadisə baş verə bilər. O məktubu göndərib gələndən sonra özümdə bir az ümid yeri qazandım” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ədilə Əflaki deyib. Müğənni sosial problemlərinə görə sənətdən də uzaq düşdüyünü bildirib: “Qarşıdan Qurban bayramı gəlir və bəlkə onda kimsə xeyriyyə işləri görər. Qurban bayramından sonra artıq aclığa başlamaq istəyirəm. Onda bəlkə mənim səsimi eşidərlər. Hələ dünyada belə bir şey olmayıb ki, dahi şəxsiyyətin iki min kvadrata yaxın mülki nəvəsindən alınıb onu küçədə qoysunlar. İndi yaşadığım yer 16 kvadratdır və artıq qırx ildir ki, bu evdə yaşayıram və indiyə kimi məktub yazıram. Mülkümüzü də əlimizdən Artur Rasizadə aldı və indi öz komandasıyla orda yaşayır. Bu gün altmış səkkiz yaşım tamam olur. Efirlərə də çıxmıram və kimin üçün çıxım ki? İndiki cavanlar bilirsiniz də hansı bəstəkarları sevir. Mən böyük bəstəkarları oxumuşam. İndi onları kimin üçün oxumalıyam ki. Sənətkarın gərək sinəsində bülbülü oxusun ki, o da çıxıb oxusun. Mən hansı günümə çıxıb oxumalıyam ki, erməninin çirlikli, sınıq divanının altına su balonları qoyub yatıram. Siz məni təbrik etməyə zəng vurmuşdunuz, amma neqativ şeylərdən danışdım, bağışlayın. Mən artıq bunu ictimaiyyətdən gizlədə bilmirəm. Mənim kimi dahi şəxsiyyətin nəvəsini bu rüzgara qoyan adamlar var”. Geri qayıt |