Əsas Səhifə > Şou-biznes > “Paşinyanın özünü uzanıb çaqqal günəşinə verdiyi yerdə biz tamaşa oynadıq”

“Paşinyanın özünü uzanıb çaqqal günəşinə verdiyi yerdə biz tamaşa oynadıq”


1-07-2022, 09:48
“Paşinyanın özünü uzanıb çaqqal günəşinə verdiyi yerdə biz tamaşa oynadıq”
“İşğaldan azad olunandan sonra artıq 5-ci dəfədir ki, mən Şuşa şəhərində olurdum. Son gedişimizdə Şuşa Dövlət Musiqili Teatrının işğaldan azad olunandan sonra Şuşamıza ilk gedişi idi. Kollektivdən “Xarıbülbül” festivalında bizdən 13 nəfər iştirak etmişdi. Ümumiyyətlə götürəndə isə Şuşa teatrının tamaşası 73 il bundan əvvəl orada oynanılıb. Sonra müxtəlif səbəblərdən Şuşa teatrı bağlanıb, qonşu Xankəndində Stepanakert Dram teatrı açılıb”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov deyib. O, daha sonra əlavə edib.

“Teatrı 1990-cı ildə bərpa edib, dövlət statusu aldıq. Onda da teatrın rəsmi açılma qərarının verilməsinə baxmayaraq Şuşada tamaşa oynaya bilmədik. Çünki gündə bir yol hadisəsi, faciə baş verirdi deyə biz nazirliyi dəvət edib, rəsmi açılış edə bilmədik. Repertuarımızda 3 tamaşa var idi. Köçkün düşəndən sonra isə ilk tamaşamız Bakı şəhərində 1993-cü ildə baş tutdu. Bu günə qədər də Bakı şəhərində fəaliyyət göstərmişik. Şükürlər olsun ki, biz Şuşamızda nəhayət ki, tamaşa oynadıq. Allah ordumuza, Ali Baş Komandanımıza, qazilərimiz kömək olsun, şəhidlərimizə rəhmət etsin! Paşinyan yallı oynayıb, orada içəndən sonra özünü çöllüyə, göy çəmənliyə uzanıb çaqqal günəşinə verirdi. Bax həmin yerdə Üzeyir Hacıbəylinin möhtəşəm heykəlinin qarşısında biz tamaşa oynadıq. Orada çox gözəl tamaşaçı auditoriyası var idi. Sənət adamları dəvət olunmuşdu, bizim əsgər və zabitlərimiz iştirak edirdilər. Allah qismət etsin, gəlib Şuşada bizdən müsahibə alasınız. Eşq olsun Azərbaycan, daima yaşasın, Qarabağ Azərbaycandır” deyə əməkdar artist bildirib.

“Paşinyanın özünü uzanıb çaqqal günəşinə verdiyi yerdə biz tamaşa oynadıq”
“Paşinyanın özünü uzanıb çaqqal günəşinə verdiyi yerdə biz tamaşa oynadıq”
“Paşinyanın özünü uzanıb çaqqal günəşinə verdiyi yerdə biz tamaşa oynadıq”

Geri qayıt