Əsas Səhifə > Şou-biznes > "AzTV-nin reytinq cədvəlində ilk beşlikdəyəm"
"AzTV-nin reytinq cədvəlində ilk beşlikdəyəm"28-06-2022, 09:49 |
Aparıcı Şəhriyar Əbilov Teleqraf.com-un suallarını cavablandırıb. DİA.AZ onunla müsahibəni təqdim edir: - Şəhriyar bəy, Dövlət Rəssamlıq Akademiyasında ikinci təhsilinizi alırsınız... - Bəli, birinci kursu bitirirəm. Əyani təhsilim uğurla davam edir. Hər gün səhər oğlumu uşaq bağçasına aparıram və ordan da universitetə gedirəm. Əslində, mənə sual verirlər ki, bu qədər işin var, AzTV-də çəkiliş, serial, film və layihələr... Necə vaxt tapıb dərsə gedirsən?! Bütün bunları necə çatdırırsan?! Övladına belə da vaxt ayıra bilirsən. Allah heç kəsə gücünün çatmadığı yükü yükləməz. Hazırda bu fəaliyyətin öhdəsindən gəlirəm və dördüncü peşəmin üzərində işləyirəm. Rəssamlığı çox sevirəm. Müəllimlər də deyirlər ki, rəssam olmaq şansın var, amma sənətə bir az da çox vaxt ayırmalısan. Hər şey yaxşı gedir, imtahanlarımdır. - Tanınmış olduğunuza görə imtahanlarda güzəştə gedirlər? - Dövlət Rəssamlıq Akademiyasını müəllimləri sağ olsunlar, yaşıma, təcrübəmə və mediada tanınmış insan olduğuma görə hörmət edirlər. Amma məni başqa tələbələrdən ayrı tutmurlar. Özüm çalışıram ki, adımdan və mövqeyimdən istifadə etməyim. Ciddi şəkildə imtahana hazırlaşıram. - AzTV-də yayımlanan "1AzTV" verilişinin aparıcısınız. Veriliş yeni mövsümdə davam edəcəkmi? - Qeyd etdiyiniz kimi, ana telekanalımızda bir il yarımdır "1AzTV" verilişini aparıram. AzTV-nin reytinq cədvəlində ilk beşlikdəyəm, hətta birinci də olmuşam. Layihəm çox uğurlu gedir. AzTV-də "Evimizdə" verilişinin də aparıcısı idim. O layihəm də uğurlu idi. Mövsümün son ayını yaşayırıq. İyul ayından mövsüm finalına gedəcəyik. Senytabrda yenidən davam etmək arzusu ilə layihədən ayrılırıq. - Oğlunuz Osmana siz, yoxsa Oksana xanım daha çox vaxt ayırır? - Səhərlər uşaq bağçasına uşağı mən aparıram. Bilirsiniz ki, Oksana "M-Teatrın" üzvüdür, tamaşaya hazırlaşır. Bununla yanaşı Xəzər televiziyasında yayımlanan "Bu ana kimi" verilişinin aparıcısıdır. İkimiz də televiziya adamlarıyıq. Bazar gününü hər ikimiz oğlumuzla keçiririk. Başqa günlər isə günün bir hissəsini oğlumuza, bir hissəsini isə işimizə həsr edirik. - Oksana Rəsulova ilə bir-birinizə vaxt ayıra bilirsinizmi? - Sözsüz ki, həftəsonları tam bir-birimizə vaxt ayırırıq, amma həftə ərzində də bir yerdəyik. - Evlilik həyatınız necə gedir? - Çox gözəl... - Evliliyinizi gizli saxladığınız müddətdə birlikdə harasa gedirdiniz? - Yaxşı ki, pandemiya dönəmi idi və maskadan istifadə edirdik. İnsanlar bizi çox tanımıdrılar. Birgə oğlumuzla çox yerlərə getmişik. Amma həyətdə, məhəllədə görürdülər və bilirdilər ki, biz ailəyik, övladımız var. Övladımızın da böyüməsini müşahidə edirdilər. Lazım olan vaxtda evliliyimiz haqda məlumat verdik. Geri qayıt |