Əsas Səhifə > Şou-biznes > "Milləti bu gədələrin əlində qoyublar və xalqın xeyrinə bir söz deyən kimi adamın üstünə cumuzdururlar"
"Milləti bu gədələrin əlində qoyublar və xalqın xeyrinə bir söz deyən kimi adamın üstünə cumuzdururlar"22-06-2022, 15:51 |
“Milləti bu gədələrin əlində qoyublar və xalqın xeyrinə bir söz deyən kimi adamın üstünə cumuzdururlar. Bu da şəxsi maraqlara, yala xidmət edir. Bunu da edən bir qrup girdirmə ziyalılardır. Sənət, kino, mədəniyyətimiz hansı səviyyədədirsə, ona xidmət edənlərimiz də elə o səviyyədədir. Çox təəssüf ki, dinib, danışan yoxdur. Danışanın da üstünə hücum edirlər, amma başa düşmürlər ki, burda söhbət şəxsi maraqlardan getmir. Mən uzun bir sənət ömrü yaşamışam. Böyük ustadları görmüşəm, onlardan bəhrələnmişəm”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül ona qarşı olan hücumlardan da danışıb: “Bəziləri bu sənəti artıq yaltaqlıq, məddahlıq edib. Bununla da gündəmdədirlər və hamı da həmin məddahları tanıyır. Ortada isə heç nələri yoxdur. Mənasız vətənpərvərlik sözləri yazırlar, oxuyurlar. Nəticəsi də belə olur. Məmməd Araz yazırdı ki, Səndən keçdi, mənə dəydi, Məndən keçdi, sənə dəydi, Səndən, məndən keçən zərbə, Vətən, vətən, sənə dəydi. Bu adamlar o qədər dar düşüncələrinə, şəxsi məqsədlərinə aludə olublar ki, artıq xalqın sabahı haqqında fikirləşmirlər. Daş karxanası, şərab zavodu, əkin sahəsi mənimdir deməklə olmaz. Adam bir yorğanına baxar ayağını uzadar. Başın açıblar gələnə Xalq artisti fəxri adı, “Şöhrət” ordeni verirlər. Mən hələ də başa düşə bilmirəm ki, sərəncamla insan necə şərəfli ola bilər... O ordenə qarşı həmişə etirazımı bildirmişəm. İnsan kağızla, qələmlə şərəfli olmur. İnsan əxlaqla, soyla, köklə, milli ruhla, elmlə, savadla şərəfli olur. Bunu deyəndə də xətirlərinə dəyir. Təklif edirəm ki, fəxri adların hamısı ləğv edilsin, təkcə dövlət mükafatı və əməkdar incəsənət xadimi adı qalsın. Çünki bunu dövlət komissiyası verir. Fəxri adlar isə xalqın müzakirəsindən keçməlidir. Müəllimlərin statusu da müqəddəs qanun kimi təsdiq olunmalıdır və qorunmalıdır. Heç bir qudurğan adam müəllimin üstünə hücum etməməlidir. Bu günahdır, faciədir. Qayınana-gəlin münasibətlərinə görə gəlinlərin Bakıya üz tutması, uşaqların küçədə qalması sosial problemlərdir. İndi bunu qəbul etməyənlər münasibətlərini bildirsinlər, daha mənə niyə hürürlər, başa düşə bilmirəm. Mən öz təklifimi verirəm və əgər pisdirsə, desinlər ki, pisdir. Söhbət Nəsibə xanımın böyük sənətindən getmir. Deyirəm ki, “Qaynana”kimi dramaturji mahiyyəti olan əsərlər bu gün bizə lazım deyil. Bu gün o filmdə deyilən qaynana yoxdur. Bu bir mərhələ, oyun, məzhəkə idi. İndi qaynana-gəlin problemi ucbatından yüzlərlə uşaqlarımız küçədə yetim qalıblar. Boşanandan sonra anada qalan uşaqlar ata tərəfini, atada qalan uşaqlar isə ana tərəfini söyür. Burda hansı əxlaqdan danışmaq olar?! Biz bununla hara gedirik, nəticəsi necə olacaq... Televiziyalarımızda bu problemlər baş alıb gedir. O rayonların səlahiyyətliləri hara baxır? O insanlarla söhbətim zamanı soruşmuşam ki, niyə durub verilişə gəlmisən? Deyir ki, Şeyx, verilişə çıxandan sonra rayon rəhbərliyi narahat olur və tədbir görür. Belə məlum olur ki, bizdə həm də ictimai qınaq çatışmır. İctimai qınaq, əxlaqi-mənəvi dəyərlər bərpa olunmalıdır. Mənim o rütbə yoldaşlarım hansı mənəvi əxlaqın daşıyıcılarıdır ki, yaxşıya qarşı münasibət bildirmirlər. Bunların görüşüb, salam verdiyi rütbə yoldaşıyam, evimi başıma uçurdular, külfətimlə küçədə qaldım, sağ olun ki, siz mətbuat nümayəndələri bunu işıqlandırdınız, amma bir nəfər rütbə yoldaşım məni müdafiə etmədi. Hacıbaladan qorxdular. İndi isə hərəsi bir tərəfdən banlayırlar. Vaxtsız banlayan xoruzun isə başını kəsirlər. Şeyx nə vaxtsa ölüb gedəcək, onda biləcəklər mən kiməm, siz kimsiniz. Onda gorunuza söyəcəklər”. Geri qayıt |