Əsas Səhifə > Şou-biznes > “Hacıbaba Hüseynovun qızı olduğumu şübhə ilə qarşılayanlara demək istəyirəm ki...”
“Hacıbaba Hüseynovun qızı olduğumu şübhə ilə qarşılayanlara demək istəyirəm ki...”22-06-2022, 09:27 |
“Kim nə yazır, nə danışır, nə deyirsə bilmirəm, xəbərim yoxdur. Amma eşitmişəm ki, Hacıbaba Hüseynovun qızı olmağıma şübhə ilə yanaşırlar. Hər kəs gedib öz işləri, ailəsi, öz söhbətləri ilə məşğul olsun. Kiminsə şəxsi həyatına müdaxilə etmək ən böyük mədəniyyətsizlikdir. Hacıbaba Hüseynovun qızıyam. Hüseynova Sədaqət Hacıbaba qızı! Burada başqa bir söhbət var? Ola da bilməz! Kim nə deyirsə gəlib üzümə desin. Deyə bilərlər?! Arxada müəyyən video və yazıların altına rəy yazmaqla deyil”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xanəndə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O, daha sonra əlavə edib. “Atamla bir dünya şəkilimiz var. Şəkili də qoyuram kənara. Bütün evi, eşiyi, varı, dövləti, soyadı hamısı məndədir. Bir dənə soyadı elə bəsdir. Onun bir qızı var, o da mənəm. Hə, düzdü aramızda yaş fərqi çoxdur. Çünki mən gec dünyaya gəlmişəm, artıq onun da özünə görə yaşı var idi. Məni bir bilsəniz necə istəyib, necə əzizləyib. Bilmirəm insanlar niyə ağızlarına gələni danışırlar?! Dəf satmağa durduq, aləm qarışdı bir-birinə. Dəf qalıb bir yana, bizim şəxsi işlərimizdən danışırlar. Mən dəf satıram, şəxsi işlərimə niyə qarışırsınız? Hamı götürüb yazdı ki, “qızı atasının dəfini satışa çıxarıb”. Əslində belə deyildi. Heç vaxt atamın dəfini satışa çıxarmaq niyyətimiz olmayıb. Əvvəl bizə təklif gəlmişdi, biz razılaşmamışdıq. Üstündən illər keçəndən sonra o təklifi dəyərləndirdik. Hamı bizi qınadı ki, “o boyda sənətkarın dəfini satışa çıxarıblar” Xeyr! Dəfi bizdən əvvəl istəyiblər, biz razı olmamışıq, sonra razılıq vermişik. Çox istərdik media və televiziyalar da bu mövzuda düzgün təbliğat aparsınlar. Hələ nə dəf satılıb, nə ortalıqda bir şey var, amma yerli-yersiz danışırlar” deyə sənətkarın qızı deyib. Geri qayıt |