Əsas Səhifə > Şou-biznes > “Qadın nə qədər pul qazansa da, “mən onu etdim” deməməlidir, əgər deyirsə...”
“Qadın nə qədər pul qazansa da, “mən onu etdim” deməməlidir, əgər deyirsə...”7-06-2022, 10:14 |
“Həyat yoldaşım öncə məni, daha sonra sənətimi sevib. O mənə vaxtilə dəstək olmasaydı, mən bu gün tanınmış sənətçi, aşıq Zülfiyyə olmazdım. Özü lazım bildiyi, məsləhət gördüyü yerə gedirdim. Deyirdi ki, filan yerə getmək məsləhət deyil, düşünürdüm ki, yəqin bildiyi bir şey var ki, məsləhət bilmir. Evlənəndə mənim 18, yoldaşımın isə 24 yaşı var idi”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra əlavə edib. “31 ildə bir dəfə küsülü olmuşuq, o da 3 gün. O da oğlum Babəkin üstündə olub. Bir dəfə özünü yaxşı aparmamışdı, Babəki vurmuşdu. Mən də demişdim ki, niyə vurursan onu? Demişdi ki, vurmasam özünü daha da pis aparar. Mən özüm də Babəki cəzalandırmışam. O da bu gün övladını bəzən cəzalandırır. Deyirəm ki niyə edirsən? Özü valideyn olanda artıq bizi başa düşür” deyə sənətçi bildirib. Aşıq Zülfiyyə hər zaman oğlu və yoldaşı ilə məsləhətləşdiyini bildirib. “Hər şeyi həyat yoldaşımla məsləhətləşirəm. Amma elə qərarlar var ki, Babəklə birlikdə veririk o qərarları. Çünki o bu günki zəmanənin adamıdır. Bəzən elə olur ki, lap başda deyir ki, bunu elə yox, belə edək. Onu eşitmirik, daha sonra onun dediyini etməyə məcbur qalırıq. Bəzən uşaqla məsləhət edəndə onda özgüvən yaranır. Düzdü, Babək uşaq deyil, amma övlad valideyn üçün hər zaman uşaqdır. Ailəsi gərək insanı, ələxsus da sənətçini başa düşsün. Bəzən zarafatca deyirəm ki, toyda 500 insanın nazını çəkirəm, bəs mənim nazımı kim çəksin?(gülür). Mən 4-cü sinifdən pul qazanmışam, geyimlərimi almışam, valideynlərimə kömək etmişəm. Qadın nə qədər pul qazansa da, “mən bunu etdim”, “mən onu etdim” deməməlidir. Əgər deyirsə o evdə ruzi-bərəkət olmaz. Ailəyiksə “mən” yox “biz” olmalıdır” deyə sənətçi bildirib. Geri qayıt |