Əsas Səhifə > Şou-biznes > Bakıda məşhur fitnes çempionunu vuran avtomobilin sürücüsü məsuliyyətdən boyun qaçırır

Bakıda məşhur fitnes çempionunu vuran avtomobilin sürücüsü məsuliyyətdən boyun qaçırır


1-06-2022, 16:47
Bakıda məşhur fitnes çempionunu vuran avtomobilin sürücüsü məsuliyyətdən boyun qaçırır
Azərbaycanda piyadanı vuran qadın sürcüsü zərəçəkmişə dəymiş ziyanı ödəməkdən imtina edir. DİA.AZ xəbər verir ki, bu barədə Sonxeber.az-a müraciət edən, zərərçəkmiş, məşhur fitnes çempionu Salatın Əsədova bildirib.

Onun sözlərinə görə, fevralın 28-də, saat 17:40 radələrində Nəsimi rayonu, Azadlıq prospekti ilə Sahib Zeynalov küçəsinin kəsişməsində Liza Həsənova idarə etdiyi "Chevrolet Trax" markalı, 90-OS-334 dövlət qeydiyyat nişanlı avtomobillə onu vurub:

"Nəsimi rayonu, Azadlıq prospekti ilə Sahib Zeynalov küçəsinin kəsişməsinə çatdıqda, yolun Azadlıq prospekti istiqamətdə, yəni sol səkidən təxminən 1.5 metr məsafədə hərəkət edən avtomobil sol ayağının üzərindən keçmiş və nəticədə ayağım sınmışdı.

Məni Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna apardılar. Ayağımın şişdiyini görəndə qorxdub yalvardılar ki, polisə xəbər verməyim və nə lazımdırsa, edəcəklərini dedilər.

Xəstəxanaya qəza haqqında məlumat martın 2-də verilib. Məni əmin etdilər ki, xəstəxandan çıxandan sonra evə yanıma gələcəklər. Həkim ayağımın zədəsinin ciddi olduğunu, bu formada işləyə bilməyəcəyimi bildirdi. Liza Həsənova söylədi ki, yenidən işə çıxana qədər mənə maddi yardım edəcək.

Lakin xəstəxanadan çıxıb evə getdiyim gündən bir gün sonra Liza Həsənova zəng edərək məni təhqir etdi, sonra isə cəmi 1000 manat pul verəcəyini dedi. Halbuki həkim mənə 2 aya qədər işə getməyi qadağan edib. Özüm də kirayədə qalıram. Kirayə haqqım isə 700 manatdır. Ayağımın müalicəsi də hələ davam edir.

Artıq gördüm ki, qarşı tərəf mənim ona güzəştə getməyimdən sui-istifadə edir. Ona görə də Liza Həsənovadan şikayətçi oldum.

Avtomobildə Liza Həsənovadan başqa, Sevinc Əliyeva da var idi. Mən onların cəzalandırılmasını istəyirəm. Faktla bağlı görüntülər olmadan iş ekspertizaya göndərildi. Birinci ekspertizanın nəticəsi mənim lehimə oldu. Sonra nədənsə ikinci ekspertizanın nəticəsi qarşı tərəfin lehinə oldu.

Mən birinci müstəntiqdən, 1 ay keçməsinə baxmayaraq, görüntüləri göndərmədiyi üçün şikayətçi oldum. Qanunda da var ki, piyadanı vuran sürücü zərəçəkmişə 5000-7000 manat pul ödəməlidir. Mən anlaya bilmirəm, əldə olan görüntünü göndərmək niyə bu qədər müşkül olub?!

Məsələ ilə bağlı Sonxeber.az Sevinc Əliyeva ilə də əlaqə saxlayıb.

O, Salatın Əsədovanın yalan dediyini bildirib:

"Onun özü bizim avtomobilin qarşısına yıxılıb. Biz onu Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna apardıq. Orada Salatın Əsədova ərizə yazdı ki, mən özüm yıxılmışam. Sonra 40 manat verib dərmanlarını aldım. Biz insanlıq borcumuzu yerinə yetirdik. Onun özü yıxıldı, biz də avtomobilə qoyub, xəstəxanaya apardıq. Bundan artıq nə etməli idik?

Daha sonra S. Əsədova mənə zəng etdi və onun sevgilisi iə görüşüb, 700 manat pul verməyimi istədi. Başa düşmədim, onun sevgilisi ilə niyə görüşüb, 700 manat verməliyəm?!

Mən tibb işçisi və insan kimi sadəcə ona yaxşılıq etdim. Salatın kimilərini görəndən sonra necə yaxşı insan olaq?! Biz onu evə aparanda binanın mühafizəçisi nə baş verdiyini soruşduqda Salatın ona da özünün yıxıldığını dedi. Hətta evə aparanda onun üçün yemək bişirməyi təklif etdik. Dərman içdiyini və ehtiyac olmadığını dedi. Bir gün sonra isə zəng edib sevgilisinə 700 manat pul verməyimi tələb etdi. Onun sevgilisi ilə niyə görüşməliyəm axı?!

S. Əsədovanın ayağının çatlaması ilə bağlı iddiası da yalandır!"


Geri qayıt