Əsas Səhifə > Şou-biznes > “Efirlərə çıxıb, yalan məlumatlar verirlər, biz müasir dövrün Leyli Məcnunlarıyıq...”

“Efirlərə çıxıb, yalan məlumatlar verirlər, biz müasir dövrün Leyli Məcnunlarıyıq...”


30-05-2022, 09:07
“Efirlərə çıxıb, yalan məlumatlar verirlər, biz müasir dövrün Leyli Məcnunlarıyıq...”
“Sosial şəbəkələrə heç vaxt həvəsim yoxdur. Amma hər zaman media ilə münasibətim yaxşı, dost münasibəti olub. Bir müddət əvvəl Atv-dən aparıcı-jurnalist Vüqar Kamiloğlu ilə Şahin Cavadsoy bizə çəkilişə gəlmişdilər. Mənə dedilər ki, gəl sənə instaqram səhifəsi açaq. Sağ olsunlar, səhifəni açdılar. Mediaya bir köynək daha yaxın oldum. Düzdü çox başım çıxmasa da, elə onlar işlədirdilər. Mən bilirsiniz niyə instaqram səhifəsi açmağa razılıq verdim? Çünki efirə çıxıb, yalan məlumatlar verirlər, olmayan şeyləri danışırlar. Ona görə mən istədim ki, düzgün olan məlumatları xalqa çatdırım”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rəmişin həyat yoldaşı Gülü deyib. O, daha sonra öz razılığı ilə açılan instaqram səhifəsini bağlatdırıb. Səbəbinə gəlincə isə...

“Bəzi insanlar görürdüm ki, mənim haqqımda pis fikirdədirlər. Təbii ki, hamı yox! Yaxşı söz yazanlara öz minnətdarlığımı bildirirəm. Bilməyib məni təhqir edirdilər. Onlardan dəfələrlə xahiş etdim ki, məni təhqir etməyin, mən sizi tanımıram, siz də məni tanımırsınız. Mənim taleyimdən, yaşayışımdan heç kəsin xəbəri yoxdur. Mənim sizlə işim yoxdur, sizin də mənimlə işiniz olmasın. Əgər məndən xoşunuz gəlmirsə, baxmayın, ötürün keçin. Olmayan şeyləri yazmayın, nə lazımdırsa soruşun, sonra yazın. Vüqardan xahiş etdim ki, səhifəni bağlasın. İnanın elə aktiv səhifə idi ki, 1 günə 2 mindən çox izləyici gəldi. Videoları 20 min insan izləyirdi. Hətta Vüqar deyirdi ki, mən bilməzdim ki, Gülü də Rəmiş qədər ictimaiyyətin böyük bir kütləsi tərəfindən sevilir. Rəmişimin yoxluğu ilə hələ də barışa bilmirəm, bu qış mən evdə kombi yandırmadım. Görmüşük ki, insan rəhmətə gedir, 1 ildən sonra unudulur. Amma Rəmiş mənim yadımdan heç vaxt çıxmayacaq, onun yanına gedəcəyim günləri sayıram. Bu sevgi yalnız “Leyli və Məcnun”-da, bir də bizdə oldu” - deyə Gülü bildirib.

Geri qayıt