Əsas Səhifə > Şou-biznes > Samirə "Avroviziya"da yaşananları açıqladı:

Samirə "Avroviziya"da yaşananları açıqladı:


21-05-2022, 10:29
Samirə "Avroviziya"da yaşananları açıqladı:
"Nadir tam açılışmamışdı. Mənə elə gəlir ki, belədir. Səhnə təcrübəsi az idi. Mən "Avroviziya"ya çıxmamışdan əvvəl nə qədər səhnə görmüşdüm. 17 yaşımdan sənətdəyəm. Amma hələ "Avroviziya" qədər böyük və peşəkar səhnə görməmişdim. Nadir özünü tam göstərə bilmədi. O, hələ sözünü deyəcək". DİA.AZ xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında "Avroviziya" təmsilçilərindən olan Samirə Əfəndi deyib. Müğənni müsabiqənin builki təmsilçisi Nadir Rüstəmlidən danışıb:

"Norveç və İspaniya səhnəsi əla idi: özgüvən, səhnə çıxışı, mahnı. Azərbaycan təmsilçisindən də bunu gözləyirdim. Amma sıxılırdı. İnstaqramda da bir neçə video yayılmışdı. Məni də yıxıb sürüyürdülər. Gətirib Nigar Camalın, başqalarının videosun göstərirdilər: bu nə mahnıdı, heç beşliyə düşməyəcək. Adamı sıxırdı bunlar. Amma ondan zövq almalısan, insan bunu ikinci dəfə yaşamır".

Samirə "Üçüncü dəfə də müsabiqəyə qatıla təklifi alsa, razılaşar" sualına "İki dəfə olmuşam, üçüncü dəfə də gedərəm. Amma tam fərqli" cavabını verib.

İfaçı sosial şəbəkə hesablarının deleqasiya tərəfindən alınması məsələsinə toxunub:

"Yenidən getsəm, şərtlərim olacaq. İlk növbədə heç bir sosial şəbəkəmin parolunu verməyəcəm. Bəzi nüanslar var ki, müqavilə və görülən iş üst-üstə düşmür. Mən Norveç deleqasiyası ilə bu haqda danışanda dedilər ki, belə olmalıdır. Onlarda sosial şəbəkə parolu vermək yoxdur. Bizdə isə düşünürlər ki, sən girisən, yazılanlara baxırsan, pis olursan. Bütün iştirakçılar sosial şəbəkə parollarını verir, bu da düzgün deyil. İnsan girib ona yazılan xoş sözləri oxumalıdır, motivasiya almalıdır".

Geri qayıt