Əsas Səhifə > Şou-biznes > Ukrayna ilə Azərbaycanı qarşı-qarşıya qoymaqda kim maraqlıdır?
Ukrayna ilə Azərbaycanı qarşı-qarşıya qoymaqda kim maraqlıdır?17-05-2022, 09:25 |
Bu gün ən çox müzakirə olunan məsələlərdən biri “Avroviziya-2022”-nin finalında Azərbaycanın münsiflər heyyətinin səsverməyə canlı olaraq qoşula bilməməsidir. Məhz bu səbəbdən Azərbaycandan olan münsiflərin 12 balı Böyük Britaniyaya verdiyi barədə məlumat yayılıb. İlk baxışdan sırf texniki xətadır. Amma istənilən xətanın sosial-ictimai yükü var. Məsələ beynəlxalq siyasi müstəviyə daşınanda isə artıq bu siyasi qalmaqal yaradır. Bu mənada Azərbaycanın Ukraynaya verdiyi 12 balı Böyük Britaniyaya yönəltməklə Avropa Yayım Birliyi “vacib skandalın” yaranmasına rəvac verdi. Arxasınca bunu siyasiləşdirən qüvvələr dövriyyəyə girdi. Çünki, hazırda Ukrayna ən həssas məsələdir. Və bu həssaslıq müstəvisində hansısa yanlışlıq təbii ki, ciddi narazılıq yaradır. Bəllidir ki, Ukrayna-Rusiya məsələsində Azərbaycan öz prinsipal mövqeyini ortaya qoyub, təcavüzü pisləyib. Amma bəz ölkələr kimi bu məsələni siyasi divident alverinə çevirməyib. Dövlətimizin bu ədalətli və prinsipial mövqeyi təbii ki, Qərbdəki bəzi qüvvələrin heç də xoşuna gəlmir. Ona görə də həmin bədnam qüvvələr ən xırda məsələdə belə Azərbaycanın üstünə getmək istəyir. Elə son yanlışlıq da bu maraqlardan qaynaqlanır. “Avroviziya” müsabiqəsi musiqi yarışması deyil? Artıq çoxlarına bəllidir ki, “Avroviziya” mahnı müsabiqəsindən daha çox siyasi şoudur. Bunun təsdiqləyən bir sıra səbəblər var. Birincisi, müsabiqənin keçirilməsindəki ədalətsizlik. Beləki, Avropanın 5 dövlətinin- Böyük Britaniya, Fransa, İspaniya, Almaniya və İtaliyanın təmsilçiləri yarımfinalda çıxış etmədən birbbaşa finala vəsiqə qazanırlar. Sual olunur: Niyə? Axı, bu ölkələrin ifaçıları digərə iştirakçılardan hansı üstünlüyə malikdir? İzah sadədir: Bu 5 dövlət Avropada siyasi güc mərkəzləridir. İkincisi, qaliblərin müəyyən edilməsində şəfvaflıq yoxdur. Səsvermələr bitməmiş qalib elan olunur. Bəzənsə qalib yarış başlamazdan xeyli əvvəl müəyyən edilir. Məsələn, Avropadakı bukmeykerlər hələ bir ay qabaqdan bəyan edirdilər ki, yarışmanın bu ilki qalibi Ukrayna təmsilçisi olacaq. Üçüncüsü, bu yarışma aparıcı Qərb dövlətlərinin digər ölkələrə mədəni təzyiqidir. Məhz bu haqsız təzyiqlərə görə bir neçə il qabaq Türkiyə bu yarışmadan imtina etdi. Çünki, bütün çabalara baxmayaraq son 20 ildə Türkiyə təmsilçisi nəinki qalib olmur, heç ilk beşliyə belə düşə bilmirdi. “Avroviziya” mahnı müsabiqəsindəki biabırçı səsvermə qaydası Builki yarışmada Azərbaycanın 12 ballıq səsinin Ukraynaya verməsini texniki problem üzündən Britaniyaya “ötürülməsi” də qaranlıq məqamlardan xəbər verir. Hələ onu demirik ki, yaraışmada səsvermə yaxşı ifaya görə yox, yaxşı və yaxın münasibətə görə verilir. Məsələn, Fransa adətən öz səsini İspaniyaya, Belçikaya, İsveçrəyə və digər qonşu dövlətlərə verilir. O cümlədən də digər dövlətlər də qayda belədir. Bu isə “Avroviziya”nın mahnı yarışması deyil, siyasi şou olması artıq çoxlarına məlumdur. Ona görə də baş verən son insident Azərbaycanla Ukrayna arasındakı dostluq münasibətlərinə soyuq su tökməyə xidmət edən bir vasitədir. Bu azmış kimi dünən belə bir informasiya yayıldı ki, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyi (AYB) son yarışmanın səsverməsi zamanı 6 ölkənin münsiflər heyəti tərəfindən müsabiqədən çıxarıldığını bəyan edib. Həmin ölkələr Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinodur. Sözügedən ölkələr qaydaları pozmaqda ittiham edilir. Bütün bu olanlardan sonra “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi öz imici ətrafında yaxşı düşünməlidir. Əgər incəsənətin bir növünü siyasiləşdirib sonda konflikt ocağına çevirəcəksənsə, bunu bəri başdan etməsən yaxşıdır. Çünki bu minvalla tezliklə seyrələn sıralarına Afrika ölkələrini də qatmağa məcbur olacaq. Surxay Atakişiyev, Bizim.Media Geri qayıt |