Əsas Səhifə > Şou-biznes > “Kişi, gərək, iki şeyi boynuna almasın, biri qocalıq, o biri…”

“Kişi, gərək, iki şeyi boynuna almasın, biri qocalıq, o biri…”


11-05-2022, 17:32
“Kişi, gərək, iki şeyi boynuna almasın, biri qocalıq, o biri…”
“Kişi, gərək, ömrü boyu iki şeyi boynuna almasın, onun biri qocalıqdır, o birisini isə deməyəcəm. Qoy sirr olaraq qalsın…” DİA.AZ xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında doğum gününü qeyd edən tanınmış aktyor, Xalq artisti Şamil Süleymanlı təəssüratlarını bölüşərkən deyib.

Aktyor onun üçün heç vaxt yaş faktorunun əhəmiyyət daşımadığını bildirib:

“Qocalıq ağrıdır, əzabdır. Neçə il yaşamağın fərqi yoxdur, əsas odur ki, qocalığı boynuna almayasan, gərək. Bu, ruhla bağlı bir məqamdır. Mən də belə edirəm. Qocalığı boynuna aldınsa, demək ki, artıq qocalmısan”.

Əvvəllər doğum günündə kövrəldiyini deyən aktyor artıq dəyişdiyini deyib:

“Həmişə doğum günlərimdə kövrəlirdim. Amma iki ildir ki, sevinc içindəyəm. Artıq şəhərim özümə qayıdıb. Keçən il doğum günümü Şuşada qeyd etdim. Artıq doğum günlərimdə içimdə bir nisgilim qalmadığı üçün kef edirəm. Hələ elə xoşbəxt olduğum gün olmamışdı. Şuşada babamın evinə getdim, uşaqlığımı yenidən yaşadım. Buna görə prezientimə borcluyam. Ən gözəl hədiyyəni o mənə etdi, doğma Şuşamı mənə qaytardı. Arzularım bitib-tükənməzdir. Yaradıclığımla da bağlı arzular çoxdur, yeni filmlərə çəkilmək istəyirəm. Ümid edirəm ki, buna zamanım çatacaq”.

Geri qayıt