Əsas Səhifə > Şou-biznes > "Kiməsə görə kimləsə münasibət pozan deyiləm"

"Kiməsə görə kimləsə münasibət pozan deyiləm"


5-05-2022, 11:10
"Kiməsə görə kimləsə münasibət pozan deyiləm"
"Dostlarım bilir ki, kiməsə görə kimləsə münasibət pozan deyiləm. Sevmirəm desinlər ki, filankəslə danışmıram, sən də danışma. Mənə maraqlı olmayan insanları verilişimə çağırmıram. Şükür ki, rəhbərlik də bu işlərə qarışmır. Bir-iki dəfə təklif olunub ki, həmin insanları verilişimə çəkim. Amma mən istəməmişəm, bunu da anlayıblar. Məni heç kim məcbur edə bilməz". DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova "Tarixin bir günü" proqramında deyib. O, müğənni Təranə Qumral və Musa Musayevin onları efirə çağırmaması məsələsinə münasibət bildirib.

Aytəkin Təranənin "İllərdir məni verilişə çağırmır. Çünki Nazəninlə dostdur və onun tapşırığı ilə etmir" sözlərinə belə cavab verib:

"Sənətdə digər dostlarım da var. Ən yaxın dostum Xumar Qədimovadır. O belə indiyənə kimi mənə kiminsə adını çəkib, nəsə deməyib".

Qeyd edək ki, Aytəkin "Bağ havası" və "Evdəkilərə salam" verilişlərinə aparıcılıq edir.

Geri qayıt