Əsas Səhifə > Şou-biznes > Nazilə Səfərli oğlunun nikah mərasimini dağın ətəyində etdi

Nazilə Səfərli oğlunun nikah mərasimini dağın ətəyində etdi


2-05-2022, 09:26
Nazilə Səfərli oğlunun nikah mərasimini dağın ətəyində etdi
Şair Nazilə Səfərli oğlu Nurlanın toyuna hazırlaşır.

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, Nurlan Nuranə adlı xanımla ailə qurub. Ötən gün cütlüyün nikah mərasimi olub.

N.Səfərli oğlu üçün dağın ətəyində, şəlalə kənarında nikah mərasimi təşkil edib.



O, görüntüləri sosial şəbəkədə paylaşaraq “Oğlum üçün elə guşə seçdik və tərtib etdik ki, nağıllara bərabər. Yağmurlu havada nikah oldu. Rəsmi qayınana oldum” sözlərini yazıb.

Qeyd edək ki, Nurlan və Nuranənin toyu mayın 9-da olacaq.

Nazilə Səfərli oğlunun nikah mərasimini dağın ətəyində etdi
Nazilə Səfərli oğlunun nikah mərasimini dağın ətəyində etdi
Nazilə Səfərli oğlunun nikah mərasimini dağın ətəyində etdi

Geri qayıt