Əsas Səhifə > Şou-biznes > “Ağrılarım dəhşətli dərəcədə dözülməz idi, iynə vurub yatızdırırdılar...”

“Ağrılarım dəhşətli dərəcədə dözülməz idi, iynə vurub yatızdırırdılar...”


28-04-2022, 08:58
“Ağrılarım dəhşətli dərəcədə dözülməz idi, iynə vurub yatızdırırdılar...”
“Bir neçə gündür artıq xəstəxanadan evə buraxılmışam. Şükür Allaha özümü yaxşı hiss edirəm, amma hələ ki, tam sağalmamışam. Həkim deyir ki, əvvəl sağal, sonra işlərinə başla. 10 gün heç xəstəxanada yatmadım, ağrılarım dəhşət, dözülməz idi. İynə vurub yatızdırırdılar. Boğazımda zob, bir də bronxlarımda 4 ədəd şiş var idi”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mətanət Əsədova deyib. O, daha sonra onu xəstə yatağında ziyarət edən dostlarından danışıb.

“Xəstə yatağımda yanımda olan və olmayan bütün dostlarıma təşəkkür edirəm. Heç birindən incimirəm, hamısı iş adamıdır. Allah nəsib etsin. mən onların xoş günlərində iştirak edim. Ümumiyyətlə dost sözü ağırdır. İnsan kişi ilə də, qadın ilə də çörək kəsər, onun evinə gedib-gələr. O büdrəyəndə əlindən tutub qaldırar, həyatda şansı gətirməyəndə ona xoş gün arzulayar. Onun nəyisə çatışmayanda bacardığı qədər kömək edər. Yoxsa ki, gedib arxasınca danışmaz. Xətrini istədiyim insanlar, dostlarım var. Xəstə olanda bir daha buna əmin oldum ki, az da olsa sayseçmə dostlarla əhatələnmişəm. Bizim işimiz elədir ki, qohum-qardaşdan çox musiqi aləmində dost-tanışı görürük. Sənət yoldaşlarımdan inciyə bilərəm, amma hamısını çox istəyirəm. Heç birinin də istəmərəm başının üstündən yel əssin” deyə müğənni bildirib.

“Mətanət Əsədova kimlərdən qisas alır?” sualına isə müğənni belə cavab verib.

“Niyə qisas almalıyam ki? Allah qisas almır, mən kiməm ki? İnsan büdərəyə də, yıxıla da bilər, aşağı da düşə bilər, aciz bir vəziyyətdən yuxarı da qalxa bilər. Mənim aləmimdə qisa almaq yoxdur, amma eybi yoxdur qoy məndən qisas alsınlar. Mən heç kimə düşmən də deyə bilmərəm. Mən sadəcə onları Allaha həvalə edirəm, Allah özü bilər deyirəm. İstəyirəm bütün əməllərim gözəl olsun” deyə sənətçi bildirib.

Geri qayıt